Gozəl Kəlamlar

pol Bacariqli 16 Noy 2012 / 15:33
Allahdan qorxmayan qəlbdə, göz yaşı
tökməyən gözdə, fayda verməyən elmdə
xeyir olmaz.
* Gücsüzlərə kömək etməyə aciz
qalırsansa, onları şəfqətlə bağrına
basmağın yetər.
* Susanda düşünən, danışanda zikr edən
və baxanda ibrət alan adam ağıllıdır.
* Rəftarı ədalətli adamın məqamı uca
olar.
* Ən üstün insan, güc sahibi ikən
xeyirxah olan, zəngin ikən kasıb kimi
yaşayan və insaflı olan adamdır.
* Başqlarına göstərdiyin nəcib rəftar,
özünə etdiyin yaxşılıqdır. Özünə etdiyin
bu yaxşılıq üçün başqalarından əvəz
gözləmə.
* Ömrünün keçən qismi, bitib tükənmiş
bir zamandır, gələcək qismi bir ümiddən
ibarətdir, içində olduğun an isə çalışma
zamanıdır.
* Dünya malına çox əhəmiyyət verən
adamlarla yoldaş olma; kasıb olsan xor
baxar, varlı olsan qısqanar.
* Dünya birisinin əlində əbədi qalsaydi,
ona sahib olma növbəsi sizə gəlib
çatmazdı.
* Dinlə - öyrənərsən, sus – qurtularsan.
* Uğursuzluğun acisini görməsən,
xöşbəxtliyin dəyərini anlamazsan.
* Hirs düşməndir, onu özünə rəqib etmə.
* Özün öz sirrini saxlaya bilmirsənsə,
onu faş edən başqasını qinamağa haqqın
yoxdur.
* Yoxsulu güldürsən, özün gülərsən.
* Kasıba əl tutsan, savab edərsən.
* Bəzən süküt sözdən daha təsirlidir.
* Istədiyini əldə edə bilmirsənsə, onda
əldə etdiyini istə.
* Insan iki cürdür: biri istər, tapa
bilməz; digəri tapar, qane olmaz.
* Zənginlikdən və bolluqdan sevinmə,
kasıbçılıqdan və fəlakətdən dərdlənmə.
Çünki qızıl odla, kasıb insan isə
fəlakətlərlə sınanar.
* Sənin sahib olduğun az başqalarının
sahib olduğu çoxdan daha yaxşıdır.
* Dünya bir yuxudur, ona aldanmaq
peşmançılıq gətirər
* Allah bir qulunu bəyənərsə, onun
qəlbini öz sevgisinə qərq edər.
* Müsəlman ola bilmək üçün, özünə
istədiyin hər şeyi başqaları üçün də istə.
* Əməl olmadan dua etmək, yay
olmadan ox atmağa bənzəyir.
* Bir axmağa verilə bilən ən doğru
cavab, ona cavab verməməkdir.
* Dünya səni aldatmadı, sən özün
aldandın.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.293 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az