Gözəl Bir Hekayə - By MaqnuM

pol MaqnuM 16 Noy 2012 / 02:34
Böyük bir hava limanının gözləmə salonunda gənc bir qız, yola düşmək üçün təyyarəni gözləyirdi. Gənc qız təyyarənin gec gələcəyini nəzərə alaraq vaxtını keçirmək üçün bir kitab və bir paket peçenye aldı. İstirahət etmək və kitabı oxumaq üçün VİP salonda bir oturacağa əyləşdi. Peçenye paketinin dayandığı masanın yanındakı oturacağa bir adam oturdu və jurnalı açıb oxumağa başladı. Gənc qız ilk peçenyesini götürdü. Adam da peçenyedən bir dənə götürdü. Qız çox narahat hiss etdi özünü və: "Necədə ədəbsizdir" deyə düşündü. Qız bir pecenye götürür, Adam da bir dənə götürürdü. Qız artıq hirslənməyə başlamışdı. Bir dənə qız götürdükdə, bir dənə də adam götürürdü. Və paketdə 1 dənə peçenye qalmışdı. Qız o peçenyeni götürmək istəyəndə adam onnan qabaq peçenyeni götürdü və 2 yere bölüb yarısını qıza verdi...
Artıq təyyarə gəldi. Qız hirslənib təyyarəyə tərəf getdi və öz oturacağına oturdu. Əlini atıb çantasını açdı. Nə görsə yaxşıdı? Peçenye paketi açılmamış halda çantasında idi. Qız bu vaxt etdiyi səhvi anladı. Peçenye paketini heç açmadan çantasına qoyduğunu anlamışdı. Halbuki adam heç əsəbləşmədən öz peçenyesini qadınla bölüşmüşdü. Amma qız öz peçenyesi sandığı peçenyeleri adamla bölüşmək istəməmişdi. Və artıq təyyarə yola düşmüdü. Qızın o adamnan üzr istəmə şansı yox idi....

Həyatda təlafi edə bilməyəcəyimiz 4 vəziyyət vardır:
1) Daş - atıldıqdan sonra
2) Söz - ağızdan çıxdıqdan sonra
3) Fürsət - qaçırdıqdan sonra
4) Zaman - keçdikdən sonra

Çalışın heç vaxt belə vəziyyətlərə düşməyin!

[cavab]

pol Hidow 16 Noy 2012 / 02:50
BAWLADUN )))

[cavab]

pol ilawka51 16 Noy 2012 / 03:06
super

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.3224 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az