Yeni Planet Kəşf Olunub!
MaqnuM
16 Noy 2012 / 01:55
Son araşdırmalara görə, həmin planet Plutonun arxasındadır.
Həddən artıq uzaqda yerləşdiyindən Yerdəki teleskoplarla görünməyən "gözəgörünməz planet" Neptunun arxasındakı səma cisimlərini cazibə qüvvəsi ilə özünə tərəf çəkir. Planeti Braziliyanın Rio-de-Janeyro şəhərindəki Milli Rəsədxananın əməkdaşı, məşhur astronom Rodni Qomes aşkarlayıb. Alimlər Neptunun hərəkət orbitinin arxasında dağınıq disk formasında olan kiçik buzlu obyektlərin Günəş ətrafında hərəkət trayektoriyasından yayındıqlarını müşahidə etmişdilər. Qomesin Günəş sisteminin kənarındakı massiv planetin cazibə qüvvəsini nəzərə alaraq apardığı hesablamalar sonra məlum olub ki, anomal obyektlərin orbitləri müşahidə edilən səma cisimləri ilə üst-üstə düşür. Bu səbəbdən də Neptun və Plutonun arxasında, Koyper qurşağındakı asteroidlərin də hərəkət sirrini açmaq olar. Yeni planetə Günəşdən 140 milyard kilometr və ya Yerlə Günəş arasındakı məsafədən 1500 dəfə uzaqdadır.
Bir şeyi də nəzərinizə çatdırımki NASA-nın yerdən apardığı təcrübələr nəticəsində daha bir planetin də varlığı aşkar edilib. Bu planetdə yaşamaq üçün əlverişli mövqeyin olduğu bildirilir. Və bu planet günəş sisteminə daxil deyil.
red. MaqnuM (16.11 /02:01)
[cavab]
Bölmeye qayıt
0.2946 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az