Whatsapp Istifadecilerinin Nezerine
*THE-EnD*
24 Yan 2015 / 18:42
“WhatsApp Plus” tətbiqinin “WhatsApp”la
heç bir əlaqəsi yoxdur”. ANS PRESS-in
məlumatına görə, bu barədə tətbiqin
administrasiyası bəyanat yatıb.
“WhatsApp” şirkətinin rəhbərliyi kənar
mobil tətbiqlərdən istifadə edən
istifadəçilərə rəsmi tətbiqdən istifadəyə
keçidlə bağlı bildiriş göndərib. Əks halda
onların hesabları 24 saatlıq bloklanıb.
"ICTnews" elektron xəbər xidməti bildirir ki,
“WhatsApp” messencerinin rəsmi
protokoluna uyğun “WhatsAppMD” və
“WhatsApp Plus” kənar tətbiqlərinin
istifadəçilərindən rəsmi mobil tətbiqi
yükləmək tələb olunub.
Messencerin administrasiyası hesab edir ki,
kənar mobil tətbiqlərdən istifadə xidmətin
göstərilməsi qaydalarını pozur. Yanvarın
21-də kənar proqramlar vasitəsilə ünsiyyət
saxlayan istifadəçilərin hesabları 24 saatlıq
bloklanıb.
“WhatsApp” şirkəti “WhatsApp Plus”
tətbiqini hazırlamayıb. Bu tətbiqin
yaradıcılarının “WhatsApp”la heç bir əlaqəsi
yoxdur və biz “WhatsApp Plus”u
dəstəkləmirik. Biz “WhatsApp Plus”un
kodunun təhlükəsizliyinə zəmanət vermirik,
beləliklə, sizin fərdi informasiyanız üçüncü
şəxslərin əlinə keçə bilər" – “WhatsApp”ın
bəyanatında yazılıb.
Bildirək ki, “WhatsApp Plus” istifadəçilərə
əlavə funksiyalar təqdim edən alternativ
versiyadır.
[cavab]
naruro
24 Yan 2015 / 18:53
Whatsap plus yaxwidi ya yox?
[cavab]
(=*KraL*=)
24 Yan 2015 / 18:56
*THE-EnD*, Brat melumat ücün cox sagol.
[cavab]
*THE-EnD*
24 Yan 2015 / 19:17
Siz sagolun meslehetdi silin.
[cavab]
SiMuS
24 Yan 2015 / 19:24
whatsap+ qanunsuzdu.bloka dusur isleden..
[cavab]
Murad
24 Yan 2015 / 20:30
Bəs mən yazanda yazırdız boş şeydi nə oldu indi hə?
[cavab]
NevRoTiC
24 Yan 2015 / 21:20
mende hecne olmayiv
[cavab]
Feminist
24 Yan 2015 / 23:10
Ilk once 24 saat sora 72 saat blokdayam
[cavab]
*TenhA_MezaR*
24 Yan 2015 / 23:45
mende bloka dusmusem 120 saatlig amma ne edek olan isdi
[cavab]
SilentHunter
25 Yan 2015 / 11:06
*SoyuG_MezaR*, nece olurki bloka duwursen ?
[cavab]
Bölmeye qayıt