Unuda bilmerem hec vaxt sevdiyim meni bagisla
Kalbin-sesi
24 Yan 2015 / 00:01
Söylə axı kimsən ki, sən, məni nə hala qoymusanGülüşümü yox etmisən, hər gün, hər an ağlatmısanAcı sözlər deyərək qəlbimi nə çox qırmısanYenə də sevirəm səni,varlığımla, gözyaşımlaUnuda bilmərəm heç vaxt, sevdiyim, məni bağışlaSevilmədən sevməliyəm, hər əzaba dözməliyəmİçimdə min əzab varkən yenə üzdə gülməliyəmBilməsən də halımı, mən halını bilməliyəmYenə də sevirəm səni,varlığımla, gözyaşımlaUnuda bilmərəm heç vaxt, sevdiyim, məni bağışlaBir yandan ümidim var, bəlkə də bir gün sevərsənBir yandan ümidim yoxdur, sevgi nədir, nə bilərsənSənə danışsam halımı, bilirəm mənə gülərsənYenə də sevirəm səni,varlığımla, gözyaşımlaUnuda bilmərəm heç vaxt, sevdiyim, məni bağışlaSəni uzaqdan görüncə, özümü unuduram mənZaman necə gəlib keçir, inan ki, anlamıram mənGecə olanda isə oturub ağlayıram mənYenə də sevirəm səni,varlığımla, gözyaşımlaUnuda bilmərəm heç vaxt, sevdiyim, məni bağışlaHər kəs deyir unut onu, o səni heç zaman sevməzGözyaşının dəyərini anlamaz, heç zaman bilməzSəni nə bu günündə, nə gələcəyində görməzYenə də sevirəm səni,varlığımla, gözyaşımlaUnuda bilmərəm heç vaxt, sevdiyim, məni bağışlaUnutmaq istəsəm bir gün, bəlkə unuda bilərəmAmma neyləmək olar, unutmağı istəmirəmSən görmürsən bəlkə, mənsə hər gün ölürəmYenə də sevirəm səni,varlığımla, gözyaşımlaUnuda bilmərəm heç vaxt, sevdiyim, məni bağışlaHaqsız sonlanacaq mənim həyatdakı bu döyüşümNə olar yuxuma gəlsən, yuxumda sənlə görüşümMəni xoşbəxt edər sənin tək bir gülüşünHəmişə sevəcəm səni,varlığımla, gözyaşımlaUnuda bilmərəm heç vaxt, sevdiyim, məni bağışla
[cavab]
FoReVeR-GS
24 Yan 2015 / 00:48
Super :)
red. FoReVeR-GS (24.01 /00:48)
[cavab]
Bölmeye qayıt