Zenci qadin
Dj_Niko
16 Noy 2012 / 00:14
Bir dəfə gecə yarısı Alabamaya gedərkən şossenin kənarında zənci bir qadının
dayandığını gördü. Qadın leysan yağışa
baxmayaraq, xarab olmuş maşınından çıxmış və
kömək etmələri üçün hər gələn maşına əl
sallayırdı. O, maşınını kənara verərək saxladı.
1960-cı illərdə ağ dərili adamın bir zənciyə, üstəlik də Alabamada kömək etməyə çalışması
ağlasığmaz hadisə idi. Qadını şəhərə kimi
apararaq taksiyə əyləşməsinə yardımçı oldu.
Ayrılarkən qadının kəskin xahişinə əsasən
ünvanını ona verdi. Bir həftə sonra həmin
kişinin evinə son model bir televizor gətirilir. Hədiyyənin üstündə bir kağız da var idi: “O
çətin vaxtda mənə kömək etdiyinizə görə
minnətdarlığımı bildirirəm. Qorxunc leysan baş-
paltarımla yanaşı, ruhumu da tamamilə
islatmışdı. İçimdə özümə və bütün bəşəriyyətə
nifrət hissləri baş qaldırmışdı ki, siz gəlib çıxdınız. Məhz sizin sayənizdə ölüm dəqiqələrini
yaşayan həyat yoldaşımın son anına çatdım.
Tanrı sizə və ümumiyyətlə, qarşılığını
gözləmədən başqalarına yardım edən hər kəsə
kömək olsun! Ən xoş və səmimi arzularla Nat
Kinq Koul”. “Sizin üçün kiçik və adi olan bir şey başqaları
üçün həyati əhəmiyyət kəsb edə bilər”.
[cavab]
Ucarli
16 Noy 2012 / 00:16
yaxsi hekayedi
[cavab]
ehliman051
16 Noy 2012 / 00:31
twk.........
[cavab]
Zehmetkew
16 Noy 2012 / 00:49
[/m] cox gòzel hekayedi twk.
[cavab]
Bölmeye qayıt
0.3192 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az