Fedakar körpe
Dj_Niko
16 Noy 2012 / 00:09
Bir neçə il əvvəl xəstəxanada işləyəndə
yanıma vəziyyəti ağır olan xəstə qız gətirdilər.
Qızın yaşaması üçün yeganə yol beş yaşındakı
kiçik qardaşından qan köçürülməsi idi. Bu
balaca oğlan təxminən iki il öncə həmin
xəstəlikdən son anda möcüzə sayəsində qurtulmuş və qanında o xəstəliyə qarşı
immunitet əmələ gəlmişdi. Həkim vəziyyəti beş
yaşlı uşağa danışdı və qan verib-verməyəcəyini
soruşdu. Oğlan bir anlığa duruxduqdan sonra
“bacım yaşayacaqsa, qanımı verərəm” dedi. Qan
köçürülərkən uşaq bacısının gözlərinin içinə baxır və gülümsəyirdi. Qızın yanaqları yenidən
qızarmağa başlayırdı, amma onun yanındakı
çöhrə tədricən solurdu. Artıq balaca heç
gülümsəmirdi də. Titrək səslə həkimdən
soruşdu: “Elə indi öləcəyəm?!..” Bəli, bu cəsur,
fədakar uşaq həkimin sözlərini səhv başa düşmüş və elə bilmişdi ki, bütün qanını bacısına
verib öləcək...
“Əsas olan, heç nəyə baxmayaraq, verə
bilməkdir”.
*****
[cavab]
Qizil_Eli
16 Noy 2012 / 00:16
Dj_Niko,ela
[cavab]
MaqnuM
16 Noy 2012 / 00:19
super
[cavab]
Vita_Brevis
16 Noy 2012 / 00:23
like...
[cavab]
Bölmeye qayıt
0.2133 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az