Lay-lay Azerbaycan

pol PoRsHe_911 21 Yan 2015 / 17:01
Neçə illərdir ki,yuxusuzsan sən,
Lay-lay, Azərbaycan, yat vətən yat.
Gözəl guşələrin Tapdaq olunub,
Düşmənlər oynadır at,vətən yat.
*
Toy məclislərində qulaq tutulur,
Musiqi səsində, mahnı səsində,
Şuşanın halinə acıyan yoxdur,
Hərə öz kefində,öz həvəsində,
*
Gözlərin yumulur,necə yatasan,
Gündüz tə'mir gedir,gumba-gurumdur.
Gecəni gözlədin,gecə yatasan,
Gecədə barlarda damba-durumdur,
*
Oqlanlar silah yox,daraq goturur,
Çeçenka saçların daramaq ücün,
Qız kimi bəzənib yola düşürlər,.
Bulvarda məhəbbət aramaq üçün.
*
Yum gözün görməsin biədəbliyi,
İslam qanunların pozulub vətən
Artıq küçələrdə öpüşür çoxu,
Yuxun cəhənnəmə yozulub vətən.
*
Qarabaq,gözləməköməyi bizdən,
Sənə övladların vida söyləyir,
Saqqalın uzadıb, bıqını kəsib,
Oqlun suriyada cihad eyləyir,
*.
Mənim sinəmdə söz,tükənən deyil,
Ölərəm, hər şeyi salsam şe'rə,
Oyaq qalanlara salmayaq meyl.
Mən yatdım, səndə yat, gecən xeyirə,

[cavab]

pol MICHAEL_ 21 Yan 2015 / 17:15
Sueper

[cavab]

pol Neymar_JR 21 Yan 2015 / 17:17
Ellerin derd gormesin

[cavab]

pol PoRsHe_911 21 Yan 2015 / 17:28
Twk hamiya

[cavab]

pol _fizuli_ 21 Yan 2015 / 17:33
Supppppppppperrrr yazmisannnn

[cavab]

pol PoRsHe_911 21 Yan 2015 / 17:34
_fizuli_, twk qaqa

[cavab]

pol RONALDO 21 Yan 2015 / 17:54
cox gozel ve super se 'ir duzunu deyir yazana twk

[cavab]

pol Mr_PsiXxX 21 Yan 2015 / 19:09
- kimindi seir?

[cavab]

pol NARDARANLl 21 Yan 2015 / 20:27
Eladi kim yazib bu seiri?

[cavab]

pol PoRsHe_911 22 Yan 2015 / 08:57
Bilmirem kim yazib.gordum copy edib bura atdim

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1872 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az