WhatsApp Azərbaycanlı istifadəçiləri blok etməyə başladı
Murad
21 Yan 2015 / 15:22
Səbəblər məlum oldu.
Azərbaycanlı sosial şəbəkə istifadəçiləri ölkədə
populyar messencer olan WhatsApp-a dair
şikayətlər yaymağa başlayıblar.
(reklam olmasın deyə sayt adını qeyd etmədim) xəbər verir ki, istifadəçilər proqramın
onlar üçün girişi bloka saldığını, yenidən giriş
üçün isə 24 saat vaxt lazım olduğunu yazırlar
(skrinşot əlavə edilib).
Biz öz növbəmizdə mobil messencerin bu
blokunun səbəblərini araşdırmaq qərarına
gəldik.
Messencerin rəsmi saytında, FAQ bölməsində
yazılana görə, əgər istifadəçinin fəallığının
qaydaları pozmasına dair şirkətdə şübhə
yaranarsa, WhatsApp akkauntu bağlanılır.
“Siz müvəqqəti bağlanma haqqında xəbərdarlıq
alacaqsınız. Blok zamanı WhatsApp
akkauntunuza giriş mümkün olmayacaq. Siz öz
akkauntunuzu taymerdəki vaxt bitdikdən sonra
istifadə edə bilərsiniz”, - şirkətin saytında
bildirilir və akkauntun müvəqqəti bloka
atılmasına səbəb olacaq davranışlar göstərilir:
- Sizin telefon nömrəniz olmayan istifadəçilərə
mesaj göndərməniz. Əmin olun ki, sizin
WhatsApp-da olan nömrələriniz, sizin telefon
nömrənizi telefon kitabçasına qeyd edib.
- Siz çoxsaylı istifadəçi tərəfindən qısa bir
müddət ərzində blok edilmisiniz. Sizdən mesaj
almaq istəyən insanlarla ünsiyyət qurun.
- Sizin telefon nömrənizin olmadığı
istifadəçilərlə qrupların yaradılması. Əmin olun
ki, WhatsApp-da əlaqə qurduğunuz adamlar
sizin telefon nömrənizi telefon kitabçalarına
qeyd ediblər.
- Eyni mesajın çoxsaylı istifadəçilərə
göndərilməsi. Bütün kontaktlarınıza eyni mesajı
yollamaq üçün göndərmə siyahısını istifadə
edin.
- Reklam və digər bu qəbildən olan
kommersiya təkliflərinin göndərilməsi.
- Spam və ya digər arzuolunmaz məlumatın
göndərilməsi.
- Qanunsuz, senzuraya zidd, təhqiredici,
hədələyici, narahatedici, nifrət yaradan və ya
irqi, etnik qarşıdurmaya səbəb olacaq
qıcıqlandırıcı materialların (status, foto və ya
mesaj) və ya digər yolverilməz məlumatın
göndərilməsi.
- Digər istifadəçiləri bezdirmək.
- Daimi qayda pozuntuları
- WhatsApp-da avtomatik və ya qeyri-rəsmi
əlavə vasitəsilə mesaj göndərmək (whatsapp+,
- red.)
Məqalədə o da qeyd olunub ki, blokdan sonra
istifadəçinin dostları onu 72 saat ərzində
Seçilmiş kateqoriyasında və öz telefon
kitabçalarında seçə bilmirlər.
[cavab]
Murad
21 Yan 2015 / 15:23
P.S. Mövzunu silmiyin zəhmət olmasa.
[cavab]
_fizuli_
21 Yan 2015 / 15:33
+++++++
[cavab]
Halk--
21 Yan 2015 / 15:35
Yeni iwlemeyecek ?
[cavab]
Murad
21 Yan 2015 / 15:42
Halk--, işləyəcək amma blok vaxtı bitəndən sonra
[cavab]
_ViP_aNGeL_
21 Yan 2015 / 15:43
hec bir qayda pozmasam da dunenden blok olub mende de.
p.s iki gundu umumiyyetle whatsappda hec kimle yazismirdim.
[cavab]
Murad
21 Yan 2015 / 16:03
_ViP_aNGeL_, whatsapp+ du?
[cavab]
TRoyKa
21 Yan 2015 / 16:19
Mende iwleyir..bizim mehle uwaqinda adi watsapdi iwleyir oda
[cavab]
Murad
21 Yan 2015 / 16:38
TRoyKa, hə ola bilər
[cavab]
Neymar_JR
21 Yan 2015 / 17:14
Mende isleyir axi
[cavab]
Bölmeye qayıt