Insan insana kömek etmese...
Dj_Niko
15 Noy 2012 / 23:09
Amerika Birləşmiş Ştatları Karolina ştatında bir avtomobil yolu...Yolun kənarına çəkilmiş qara bir limuzin...İçində görünüşündən ''vəzifə sahibinə'' oxşayan bir nəfər və bayırda matdım- matdım limuzinin mühərrikinə baxan və çarəsizlikdən üzü qıpqırmızı qızaran xüsusi geyimli bir sürücü... Bir az keçməmiş yaxınlıqda köhnə bir Ford dayandı.Üst-başından kənd adamına oxşayan bir nəfər maşından düşəeək limuzinə yaxınlaşdı: -Xeyir ola dostum? Yoxsa,maşına bir şey olub? - deyərək diqqətlə mühərrikə baxdı.Ancaq bu
maşın adi maşınlara oxşamırdı.Vəziyyətdən çıxmaq üçün: - Maşınınızı maşınıma qoşaq,sizi qəsəbəyə qədər aparım.Orda bir ustaya göstərərik,- dedi. Onun dediyinə görə,qəsəbə çox uzaqda deyildi.Cəmi bir addımlıq yol var idi.Ancaq onun bir addmlıq dediyi bu yol 10-15 km-dən az olmadı.Nəhayət qəsəbəyə çatdılar.Limuzini qəsəbədəki ustanın emalatxanısın qarşısına çəkdilər.Sonra o: -Hə dostlar,indi də icazə verin gedib bu məktubları paylayım,- dedi.. O həm əkir,həm də boş vaxtlarında qəsəbənin poçtuna gələn məktubları paylayırdı.Limuzindəki sürücü maşından düşdü.Və ''vəzifə sahibinin'' verdiyi çeki adama uzatdı.Ancaq o çekə gözünün ucu ilə baxmadı və: - Beş günlük dünyadır,insan insana kömək etməsə,bu dünyanın halı necə olar? - deyərək ordan uzaqlaşdı.. Aradan xeyli keçdi.Adam bir gün evə qayıdanda qapısının ağzında son model bir avtomobil gördü.Kimin gəldiyini görmək üçün maşına yaxınlaşdı.Maşın boş idi.Ancaq sükana yapışdırılmış və üzərində adı yazılmış bir kağız var idi.Kağızda: ''Dostum,eşitdim ki,''Ford''un köhnədir.Bu maşını sənə hədiyyə göndərirəm.Beş günlük dünyadır,insan insana kömək etməsə,bu dünyanın halı necə olar?'' Kağızın altında isə bu imza var idi:''Henri Ford''...
[cavab]
EMIN98
15 Noy 2012 / 23:14
Ay da kaş rayona gedende yolda opel adında adamın maşını xarab olardı.
[cavab]
YeTiM
15 Noy 2012 / 23:16
super.twkr
[cavab]
Fermer255
15 Noy 2012 / 23:25
EMIN98, galenvagen adli adamin masini xarab olsaydi laap zor olardi
[cavab]
Bölmeye qayıt