hekayə 6 (by_kendci)
N2MiKeDi7i
18 Yan 2015 / 21:45
Qəddar və günahkar insan
vəfat edir. Cəhənnəmin
qapısında onu mələk
qarşılayır. Mələk deyir: ”
Cəhənnəmə getmək
istəməyəcəksən. Əgər indi
həyatın boyu etdiyin cəmi
bir yaxşılığı yadına salıb,
mənə desən, bu kifayət edər
ki, bağışlanıb, Cənnətə
düşəsən “. Kişi həyəcanla
fikirləşir, bütün qohumlarını,
dostlarını, ətrafında olmuş
insanları xatırlayır, onlara nə
vaxtsa yaxşılıq etdiyi yadına
düşmür. Vaxt bitir, o, xilas
üçün bir səbəb tapa bilmir.
Kişini Cəhənnəmin
qapısından içəri atmaq
istəyirlər ki, o, qışqırır: ”
Dayanın, xatırladım. Bir dəfə
meşədə gedirdim, yolumun
üstündə tor qurmuş
hörümçəyi gördüm, mən
ordan ehtiyatla keçdim ki,
onun yuvası pozulmasın “.
Mələk gülümsəyir, bu vaxt
göydən bir hörümçək gəlir,
öz torundan həmin adama
uzadır. Adam ipdən yapışıb
Cəhənnəmdən yuxarı,
Cənnətə qalxmağa başlayır.
Bu vaxt aşağıda olan digər
günahkar insanlar da torun
aşağısından yapışıb, xilas
olmaq üçün imdad istəyirlər.
Bir neçəsi tordan tutub
qalxır. Kişi qorxur: ” Birdən
adamlar ağırlıq edər, ip
qırılar “.
Özünü xilas etmək üçün o,
ayağı ilə aşağıdan yapışan
insanları yerə itələməyə
başlayır. Bu vaxt həqiqətən
də ip qırılır və kişi
Cəhənnəmə yuvarlanır. Son
anda onun qulağına Mələyin
səsi gəlir: ” Təəssüf. Sənin
qorxun və narahatlığın
qəzəbə və paxıllığa çevrildi,
sən yenə də pis əməlindən
qalmadın. Son anda heç
olmasa bir-iki insana yaxşılıq
etmək şansını da əldən
qaçırdın. Bu hərəkətinlə
bütün ömrün boyu etdiyin o
bircə yaxşılığı da itirdin “
5ci
red. N2MiKeDi7i (18.01 /21:46)
[cavab]
*Starik_Volk*
18 Yan 2015 / 21:49
Ela Idi
[cavab]
Krutoy_PareN
18 Yan 2015 / 21:50
Tesekkur
[cavab]
**_wamaxinec_**
18 Yan 2015 / 21:53
ELADI
WUKUR ALLAHIN MESLEHETNE
[cavab]
ErRoR_RoM@NTiK
18 Yan 2015 / 23:35
[cavab]
Bölmeye qayıt
0.1775 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az