sevgi və zaman(by_kendci)

pol *_ExPLaSioN_* 17 Yan 2015 / 21:10
Bir vaXtlar, bütün
duyğuların yaşadığı bir ada
var idi. Xoşbəxtlik, Kədər,
Qürur, Sevgi və başqa bütün
duyğular. Bir gün, adanın
batmaqda olduğu duyğulara
xəbər verilir. Bu xəbərdən
sonra bütün duyğular adanı
tərk etmək üçün hazırlaşır.
Sevgi adada ən sona qalan
duyğu olur, çünki mümkün
olan ən son ana qədər
gözləmək istəyir. Ada
batdığı zaman Sevgi kömək
istəməyə qərar verir.
Zənginlik, çox böyük bir
gəminin içində Sevginin
yanından keçir. Sevgi
— Zənginlik, məni də yanına
alarsanmı? deyə soruşur.
Zənginlik
— Xeyr, olmaz. Gəmimdə
çoxlu qızıl və gümüş var,
sənin üçün yer yoxdur.
deyir.
Sevgi, çox gözəl bir yelkənli
gəminin içindəki Paxılı
görüb kömək istəyir.
— Paxıl, nə olar mənə kömək
et !
— Sənə kömək edə bilmərəm,
Sevgi. İslaqsan və yelkənləri
məhv edə bilərsən. deyə
cavab verir.
Kədər yaxınlıqdan keçir və
Sevgi kömək istəyir.
— Kədər, səninlə gəlim ?
- Of, Sevgi o qədər
kədərliyəm ki, tək qalmağa
ehtiyacım var. deyə Kədər
dillənir.
Xoşbəxtlik də Sevginin
yanından keçir. O qədər
xoşbəxt olur ki, Sevginin
səsini eşitmir.
Sevgi birdən bir səs eşidir.
— Gəl Sevgi! Səni yanımda
apararam. Sevgi o qədər
xoşbəxt olur ki, onu kömək
edənin kimliyini öyrənməyi
unudur. Yeni bir adaya
çatdıqlarında, Sevgi ona
kömək edənə nə qədər borclu
olduğunu anlayır. Digər
duyğulardan soruşur.
— Mənə kömək edən kim idi?
— O, Zaman idi. deyə cavab
alır.
- Zamanmı? Niyə mənə
kömək etdi ki?” deyə Sevgi
soruşur. Aldığı cavabsa çox
sadə olur.
- Çünki yalnız Zaman
Sevginin nə qədər böyük
olduğunu anlaya bilər.



3cü

[cavab]

pol naruro 17 Yan 2015 / 21:20
superdi

[cavab]

pol *_MaSSaCRe_* 17 Yan 2015 / 22:03
no comment!

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1941 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az