Allahin mocuzesi

pol xNaRKoTiK 13 Yan 2015 / 10:34
Qədim zamanlarda bir balıqçı
öz ailəsi ilə dəniz sahilində
yaşayırdı. Günlərin bir günü
balıqçı dostları ilə həmişəki
kimi dənizə balıq ovuna çıxır.
Bir neçə gün keçir, onlar açıq
dənizdə azırlar. Günlər keçir,
balıqçıların yemək ehtiyatı
qurtarır, ac-susuz, taqətsiz nə
edəcəklərini bilmirlər. Hansı
yönə istiqamət alırdılarsa,
yenə də sahilə yol tapa
bilmirdilər. Nəhayət, balıqçılar
son ümidlərini də itirib yalnız
ölümlərini gözləyirdilər.
Elə bu vaxt balıqçının ailəsinə
bədbəxtlik üz verir. Dəniz
sahilindəki evlərində
gözlənilmədən yanğın baş
verir. Balıqçının biçarə arvadı
uşaqlarını da sinəsinə sıxıb
haray salır. Heç kim onu
sakitləşdirə bilmir. Qadın
qışqıra-qışqıra bu sözləri
təkrar edir:
«Ay Allah! Axı mən ailəmin,
evimin-eşiyimin salamat
olmasını hər gün Səndən
istəyirdim, dua edirdim! Mən
artıq necə Sənə ümid, arxayın
ola bilərəm!».
Qadın tamamilə ruhdan düşüb
Allahından inciyir, artıq dua
etməməyi qərara alır. Bu vaxt
möcüzə baş verir! Balıqçının
evi yananda yanğının alovu
çox yüksəkliklərə ucalır.
Gəmidəki balıqçılar alovu
görüb yanğın olan tərəfə
üzürlər. Bir azdan onlar doğma
sahillərinə yetişirlər. Balıqçılar
doğmaları ilə qucaqlaşıb,
sevincdən nə edəcəklərini
bilmirdilər. Ölümlə üz-üzə
gəldiyi halda bu yanğın onların
həyatlarını xilas etdi! Bircə
balıqçı öz ailəsini qəm içində
görür. Arvadı hər şeyi ona
danışır. Balıqçı gülümsəyərək
qadına deyir:
«Ay arvad! Allaha şükür et!
Mənim sənin yanına sağ-
salamat gəlməyimin səbəbi
evimizin yanması oldu! Biz
bundan da yaxşı ev tikə
bilərik, ancaq məni heç kim
dirildə bilməz! Allahım! Sənə
şükürlər olsun! Nəyin
xeyrimizə, nəyin ziyanımıza
olmasını yalnız Sən bilirsən!..».
Qadın ərini qucaqlayıb Allah
qarşısındatövbə etdi və
əvvəlkindən də çox Allaha
şükür və dua etməyə başladı
red. xNaRKoTiK (13.01 /10:34)

[cavab]

pol PoRsHe_911 13 Yan 2015 / 10:44
Super

[cavab]

pol SiMuS 13 Yan 2015 / 10:50
hm...

[cavab]

pol Dj-XaCMaZ 13 Yan 2015 / 10:51

[cavab]

pol Murad 13 Yan 2015 / 10:59
Super . Çox gözəldi. İnsanlar bu möcüzələrən ibrət götürsün gərəy.

[cavab]

pol *Starik_Volk* 13 Yan 2015 / 13:02
Superdi.

[cavab]

pol *_11-MeZuN_* 13 Yan 2015 / 13:27
....Super.....

[cavab]

pol xNaRKoTiK 13 Yan 2015 / 13:47
Murad, duz du qaqaw Hemiwe ALLAH WUKUR ETMEY LAZIM DI

[cavab]

pol PoWerFuLAndRicH 13 Yan 2015 / 13:50
Allahim sene qurban olum. herwey senin elindedi

[cavab]

pol FoReVeR-CR 13 Yan 2015 / 14:09

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1347 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az