Olmuw Bir Hekaye
Dj_Niko
15 Noy 2012 / 13:53
9-cu sinifdə oxuyurdum. İngilis dili dərsində
yanımda bir qız otururdu. Ona SƏN MƏNim ən
yaxşı dostumsan deyirdim. Amma MƏN onun ipək
kimi saçlarına baxıb onun MƏNim olmağını
istəyirdim. Amma o MƏNə MƏNim ona baxdığım
gözlə baxmırdı bunu bilirdim. Dərsdən sonra keçən dərsdə olmadığı üçün MƏNdən qeydləri
istədi. Ona qeydləri verəndə təşəkkür etdi və
yanağımdan öpdü. Onu sadəcə dost kimi
istəmədiyimi bilməsini istəyirdim. Onu çox
sevirdim amma deyə bilmirdim. Səbəbini
bilmirdim amma çox utanırdım. 10 cu sinifdə oxuyanda telefonum çaldı. Zəng
eləyən o idi. O ağlayırdı,sevginin necə ürəyini
sındırdığını deyirdi. MƏNi evinə çağırdı. Tək
qalmaq istəmədiyini deyirdi. MƏN təbii ki,getdim.
Divanda onun yanında oturdum. Gözəl gözlərinə
baxıb onun MƏNim olmağını istəyirdim. 2 saatdan sonra Drew Barrymore`nin bir filmi başladı. Filmə
baxdıqdan sonra yatmağa qərar verdi. Hər şey
üçün MƏNə təşəkkür etdi və yanağımdan öpdü.
Məzuniyyət balından bir gün əvvəl yanıma gəldi
və sevgilisinin xəstə olduğunu dedi. MƏNim də
birlikdə getməyə sevgilim yox idi. 7-ci sinifdə bir- birimizə söz vermişdik ki, əgər bala getməyə
sevgilimiz olmasa birlikdə gedəcəyik. Və ən yaxşı
2 dost olaraq bala bir yerdə getdik. O gün çox
gözəldi. Hər şey yolunda idi. Gecədən sonra onu
evlərinə qədər ötürdüm. Qapının qabağında ona
baxdım, MƏNə daha gözəl göründü. O da gözəl gözləriylə MƏNə gülümsəyərək baxdı. Onun
MƏNim olmağını istəyirdim. O MƏNə MƏNnim ona
baxdığım gözlə baxmırdı bunu bilirdim. MƏNə
həyatımın ən gözəl gününü keçirdim deyib
yanağımdan öpdü.
Günlər keçdi və məzuniyyət günü gəlib çatdı. Bütün günü ona baxırdım. Diplomunu almaq üçün
səhnəyə çıxanda sanki havada süzən bir mələk
idi. Evə getməmişdən qabaq yanıma gəldi və
ağlayaraq MƏNi qucaqladı. Sonra başını çiynimə
qoyub, SƏN MƏNim ən yaxşı dostumsan deyib
yanağımdan öpdü. Aradan illər keçdi. İndi o qızın nigahını izləyirəm.
Bəli o artıq evlənirdi. Onun başqa bir adamla evli
olaraq yeni həyata girməyini öz gözlərimlə
izləyirdim. Yeni həyata girmədən öncə yanıma
gəldi, toyuma gəldin deyib təşəkkür etdi və MƏNi
yanağımdan öpdü. İllər çox tez gəlib keçdi. İndi MƏNim bir zamanlar
ən yaxşı dostum olan qızın tabutuna baxıram.
Əşyaları yığışdırılanda məktəb illərində yazdığı
gündəliyi tapıldı. Gündəlikdə oxuduğum sətirlər
belə idi:
`ONUN GÖZLƏRİNƏ BAXARAQ ONUN MƏNİM OLMASINI ARZULADIM.AMMA O MƏNƏ MƏNİM ONA
BAXDIĞIM GÖZLƏ BAXMIRDI,BUNU BİLİRDİM.ONU
SADƏCƏ DOST KİMİ İSTƏMƏDİYİMİ BİLMƏSİNİ
İSTƏYİRDİM.ONU ÇOX
SEVİRDİM AMMA DEYƏ BİLMİRDİM.SƏBƏBİNİ
BİLMİRDİM AMMA ÇOX UTANIRDIM....KAŞ MƏNƏ BİR DƏFƏ DƏ OLSUN SEVDİYİNİ DEYƏRDİ...`
[cavab]
selim
15 Noy 2012 / 14:18
superr
[cavab]
MARAZALI
15 Noy 2012 / 15:19
Aydaaaaa
[cavab]
Boncuq
15 Noy 2012 / 16:26
Dj_Niko,AYDAAAA.NEKADAR ACI.:(
[cavab]
EMIN98
15 Noy 2012 / 17:30
Tekrardı. Amma yenede hekaye superdi.
[cavab]
Bölmeye qayıt
0.126 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az