İNSAN İTİRDİKCƏ, BAŞQASI OLMAĞA MƏHKUMDU

pol Ayla 11 Yan 2015 / 21:23
Bir gün insan vergülü itirdi. O zaman fikirləri bir-
birinə qarışdı, mürəkkəb cümlələr qurmaqdan
qorxdu. Bəsit cümlələr qurmağa başladı. Cümlələri
bəsitləşdikcə fakir və düşüncələri də bəsitləşdi.
Nöqtəni itirdi Fikirləri uzandıqca uzandı. İfadə edə
bilmədi özünü.. Anlamsız fikirlər işlətdi.
Başqa bir gün nidanı itirdi. Səs tonunu
dəyişdirmədən danışmağa başladı, monotonlaşdı.
Hiss və həyəcanlarını ifadə edə bilmədi. Ətrafda
baş verən heç bir şey onda kiçik bir həyəcan belə
doğura bilmədi.
Sevincini, qəzəbini- büs bütün duyğularını itirdi.
Sual işarəsini itirdiyi andan sual verməyi unutdu.
Hər şeyi olduğu kimi qəbul etməyə başladı. Nə
dünya, nə insanlar, nə də həyat onu
maraqlandırmırdı. “Sual olmadan bilik olmaz” –
Sokrat dedi.
İki nöqtəni itirdi və heç nəyi aydınlaşdırmaq
ehtiyacı duymadı, əlavə fikirlər əlavə edə bilmədi.
Apostrofu da unutdu və sözləri olduğu kimi deyil,
göründüyü kimi tələffüz etməyə başladı! Ya da
göründüyü kimi deyil, özü bildiyi kimi tələffüz etdi.
Ömrünün sonunda əlində ancaq dırnaq işarəsi
qalmışdı, onun da içində öz fikirləri deyil,
başqalarının fikirləri

[cavab]

pol (=messi=) 11 Yan 2015 / 21:37
menalidi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2389 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az