...:: Soruşmadan Gedərsən ::...

pol MaqnuM 15 Noy 2012 / 01:00
Sən demə ayrılıq, bir keçilməz məkan
Dilimizdə sevgi, yaşananlar yalan
Sən gedənnən bəri, mənsə zaman-zaman
Gözlədim bəlkə dönərsən

Sən barışmadan gedərsən
Sən danışmadan gedərsən
Bir çarəsi varıydı əlbət
Sən soruşmadan gedərsən

Deyilən dərd deyil, danışardım qısa
Bitəcək söz deyil, gərək hərkəs susa
Məqsədin qəm kədər, dərd yaşatmaqdısa
Bundan artıq nə edərsən?

Sən barışmadan gedərsən
Sən danışmadan gedərsən
Bir çarəsi varıydı əlbət
Sən soruşmadan gedərsən

Yazdığım nəğmələr, halımla bağlıdır
Tükənməyən bir eşq, keçməyən ağrıdır
Elə bir duyğudur, elə bir yanğıdır
Hara getsən eşidərsən

Sən barışmadan gedərsən
Sən danışmadan gedərsən
Bir çarəsi varıydı əlbət
Sən soruşmadan gedərsən

Balabəy

[cavab]

pol Boncuq 15 Noy 2012 / 01:17
MaqnuM,cox guzel

[cavab]

pol Seyfu 15 Noy 2012 / 01:58
Əladı

[cavab]

pol loma 15 Noy 2012 / 07:02
MaqnuM,he dinlemiwem zor mahnidi

[cavab]

pol MaqnuM 15 Noy 2012 / 23:47
loma, he balabeyin yeni ifası

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2358 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az