Her kes baxsin fikir bildirsin xahis...

pol EkoDrive 2 Yan 2015 / 10:45
Bu gün 31 dekabr Dünya
Azərbaycanlılarının
Həmrəylik günü və Yeni İl
bayramıdır. Bu bayramda hamı
bir-birini, xalqı təbrik edir.
Ancaq bir neçə şəxs var ki, mən onları təkcə öz adımdan
deyil, həm də bütün
Azərbaycan xalqının adından
təbrik edəcəyəm. Düzdür,
heç kim mənə xalqın adından
danışmaq səlahiyyəti verməyib. Ancaq hesab
edirəm ki, bu şəxsləri təbrik
etmək bütün
azərbaycanlıların borcudur...
Bu bayram günüdə əlində
silah, ürəyində sevgi və qürurla soyuq havada
səngərdə, postda dayanan
ƏSGƏR Qardaş(lar)ımız. Sizi
təbrik edirəm! Bəlkə də
Bakıda atəşfəşanlıq və lazer
şousu başlayanda, orada atəşkəs pozulacaq.
Snayperlərin lazerləri isə
sizin izinizi axtaracaq. Allah
hamınızı düşmən
gülləsindən qorusun.
Biz burada ləziz süfrə başında əyləşəndə, siz əsgər
“payok”u ilə bayram
keçirəcəksiniz. Özünüzü hamı
tərəfindən unudulmuş hesab
edəcəksiniz bəlkə də.
Amma siz hamımızın ürəyindəsiniz! Unutmadıq,
unutdurmarıq!..
Bir əli biş-düşdə, bayram
tədarükündə, gözü qapıda,
qulağı teklefonda, ürəyi isə
səngərdəki oğlunun yanında olan ƏSGƏR ANASI! Səni də
xüsusi təbrik edirəm.
“Görəsən oğlum nə yedi,
acdırmı, soyuqdurmu,
yuxusuzdurmu” fikirləri ilə
boğazından heç nə geçməyəcək, bilirik. Ancaq
narahat olma ANA, oğlun
gələcək, müqəddəs Vətən
borcunu yerinə yetirib
qayıdacaq və doyunca
sarılacaqsan ona... Ananın çəkdiyi qədər iztirab
çəksə də, özünü tox tutmağa
çalışan, arabir Anaya təsəlli
vermək üçün “narahat olma,
orada da bayram yaxşı keçir”
deyərək, qəhərini gizlətmək üçün bir siqaret
yandıraraq həyətə çıxan,
ƏSGƏR ATASI! Səni də təbrik
edirik. Siz hamımızın Anası,
Atası və Qardaşısınız...
Ona görə də Hamı adından SİZİ təbrik edirik!

[cavab]

pol Normand 2 Yan 2015 / 10:50
Bu gun 2 yanvardi hemreyliy gunu 31 idi

[cavab]

pol EkoDrive 2 Yan 2015 / 11:04
dahi menim bu yazim ayin 31 günü saytda yazilib anladin ?

[cavab]

pol UmmanSeyidov 2 Yan 2015 / 11:11
:)))))

[cavab]

pol Aprel 2 Yan 2015 / 11:26
EkoDrive, indiye kimi olan en gözel sözleri sen yazdìn!

[cavab]

pol sehran 2 Yan 2015 / 12:19
sagol brat.her fikrin qarwiliqlidi

[cavab]

pol Minika 2 Yan 2015 / 13:03
EkoDrive, Super

[cavab]

pol PoWerFuLAndRicH 2 Yan 2015 / 14:02
EkoDrive, dahi yazi bu gunundu!

[cavab]

pol EkoDrive 2 Yan 2015 / 14:59
Cox sag olun dostlar....

[cavab]

pol [MG]*HapPy* 2 Yan 2015 / 15:13
EkoDrive, halaldi sene.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1462 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az