..::İslamdan öncə namaz və paqanizm::..

pol aze 29 Dek 2014 / 02:54
: İslam Dinindən çox daha öncələri digər ''Paqan''
Dinlərində və digər Dinlərdədə ''Namaz'' vardı .
''Namaz'' İslam Dünyasının əsasə ibadətlərindən
hesab edilir . Hətta inancımıza görə ''Namaz'' qılmayanlar Cənnətə getməyəcək .!
: Bəs ''Namaz'' sadəcə İslam'da buyrulub .?! 'Allah''
Namaz'ı sadəcə ,,HZ.MUHAMMƏD'' vasitəsilə
Müsəlmanlara buyurub .?!
- Əlbətdə ki , Xeyr . Bugün minlərlə insan Namazın
sadəcə İslam'da olduğunu və Müsəlmanları digər
Cəmiyyətlərdən fərqləndirən ibadət kimi bilir .
Ancaq ''Quran'' belə İslamdan öncələri Namaz'ın
olduğunu qeyd edib
: Quran-ı Kərimdə ''Loğman'' əleyhissalamın oğluna
Namazı əmr etməsi (Loğman, 31/17) ''Hz.
İbrahim'' (as) 'in Hicazın təhlükəsizliyi üçün dua
edərkən Namazdan söz etməsi (İbrahim, 14/37)
Uca Allahın ''Tur'' dağında ilk vəhy əsnasında ''Hz.
Musa'' (as) dan Namaz qılmasını istəməsi (Taha,
20/14) nümunə verilə bilər.
,,Allah'' Hz.İbrahimədə Namazı buyurmuşdur .
''Hz.İbrahim'' Hz.Həcər və İsmaili Beyt-i Haramın
yanında yerləşdirməsidə onların rahat ibadət
etməsi üçün idi . ,,Allah'' Namaz barəsində
Hz.İbrahimə belə buyurmuşdur .
I Təvaf edənlər, ayaqda duranlar, rüku və səcdə
edənlər üçün evimi təmiz tut. Yəhudilərin
tarixçəsinə uyğun olaraq Zikr edəcəyimiz
peyğəmbərlərin ikincisi isə ''Hz. İshaq'' olacaq .
''Hz. İshaq'' salehlərdən, qüvvət və bəsirət
sahibi ,,Allah'' qatında seçilmiş və xeyirli olan
şəxlərdəndi. ,,Allah'' özünü əmri ilə doğru yolu
göstərəcək rəhbər etmişdi. O, Allaha ibadət
etməkdən bezməz, usanmaz və insanlara ''Namaz''
qılmağı və mallarından ehtiyac sahibləri üçün infak
etməyi təbliğ edərdi. I

İslamdan öncə digər ''Paqan'' Dinlərindədə
''Namaz'' vardı .
İslamdan əvvəl ''Namaz'' bənzəri ibadətlərin ''Musəvi
və Xristianlarda'' da olduğu bilinir. ''Qureyşli''
bütpərəstlərin də ''Namaz'' qıldıqları Quranda ifadə
edilir. Bəzi mənbələrə görə gündə 3 vaxt, bəzi
mənbələrə görə isə gündə 5 vaxt namaz qılarlarmış.

Zərdüşt '' Dinində Namaz ( Geh ) .
''Zərdüşt Dini'' İslamdan təxminən 2500 il əvvələ
söykənir. ''Zərdüşt'' Dinində eyni İslamda kı kimi
''Namaz'' əvvəli dəstəmaz vardı. Örtünərək ''Namaz''
qılarlardı . Müsəlmanların Quran'dan surə
oxumaları kimi onlar da kitabları olan ''Avesta'' dan
surələr oxuyarlardı .
,,Zərdüşt'' Dinində Namazın vaxtları:
Səhər / Havaan
Günorta / Rapithwan
İkindi / Uziren
Axşam / Aiwisuthrem
İşa / Ushaen.
,,Zərdüşt'' DininiN İslamla bənzərliyi yalnız
''Namaz'' deyil.
I Oruc, Sinvat (Sırat) körpüsü, Mirac, Cənnət və
Cəhənnəm ,,Zərdüşt'' Dinində də mövcud
olmuşdur .I

Buddist və Hindularda '' Namaz .
I Buddist və Hindularda I ''Namaz'' qılardı. Onlarda
''Namaz'' əvvəli ''Dəstəmaz'' alarlardı . Hinduizmin
3500 Buddizmin 2500 illik dinlər olduğundan Namaza
İslamdan əvvəl sahib olduqları qətidir.
''Hindular'' günəş doğarkən etdikləri bu ibadətə
''Namaskara'' deyərlərdi. Onlarında müqəddəs
məbədlərə Həcci və bu həccdə etdikləri say və
təvafları vardır.

Yəhudilərdə '' Namaz .
Yəhudilərdə Namaz 3 vaxtdır.
Səhər / Şahrit
Günorta / Minha
Axşam / Arvit
''Namaz'' əvvəlində dəstəmaz alır namazda 10
Əmirin, Tövrat'dan hissələrini oxuyarlar. ''Namaz''
qılmaq üçün 13 yaşından böyük ən az 10 nəfərlik
camaat olmalıdır. Qadınlar sayılmazlar və məcburi
olunmurlar. ''Namaz'' əsnasında başlarına ''Kipa''
deyilən dəyirmi geyərlər.

: Bu onu göstərirki ''Namaz'' sadəcə zənn etdiyimiz
kimi İslamda buyrulmayıb .

[cavab]

pol **K_I_L_L_E_R** 29 Dek 2014 / 03:00
Allah razi olsun
red. **K_I_L_L_E_R** (29.12 /03:01)

[cavab]

pol Mr_PsiXxX 29 Dek 2014 / 03:16
Twk qardasim

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1348 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az