Kəbə haqqında bunları bilirsizmi?
NARDARANLl
27 Dek 2014 / 19:45
Kəbə haqqında bunları bilirsizmi?
Kəbə ərəbcə əl- Kəb”( ) sözündən götürülüb
mənası "kub" deməkdir. Kəbənin şimal-şərq
divarıının eni 12,63 m, şimal-qərb divarının eni
11,03 m, cənub-qərb divarının eni 13,10 m,
cənub-şərq divarının eni 11,22 m və hündürlüyü
13,10 m-dir. Müqəddəs tikilinin sahəsi 128,4
kv.m-dir. Kəbə binasının küncləri Yer kürəsinin
qütblərinə — şimal, cənub, şərq ve qərb
istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin
hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq
küncündə Həcərul-əsvəd adlanan qara daş
yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub
küncü isə Yəmən küncü adlanır.
Kəbənin cənub-qərb divarının qabağında
hündürlüyü 90 sm və eni 1,5 m olan ağ
mərmərdən tikilmiş yarımdairə şəkilli divar var.
Bu ərazi "Hatim" adlanır.
Kəbənin qapısı yerdən 2 m hündürlükdə şimal-
şərq divarında yerləşir. Divarlar içəri üzdən yarıya
qədər Quran ayələri ilə bəzədilmiş qranitdən,
yarıdan yuxarı isə üzərində qızıl saplarla Quran
ayələri işlənilmiş yaşıl parçadan ibarətdir.
Kəbənin içəri hissəsinin təmizlənməsi mərasimi
ildə iki dəfə yerinə yetirilir. Bu mərasimlər
Ramazan ayının və Həcc mövsümünün
başlanılmasından 15 gün əvvəl yerinə yetirilir.
Kəbənin açarları Bəni-Şeybə qəbiləsində
saxlanılır. İçərinin təmizlənməsi üçün adi
süpürgələrdən istifadə olunur. Oranı Zəm-zəm
suyu ilə Fars qızıl gül suyunun qarışığı ilə
yuyurlar.
Kəbəni həzrət Adəm Allahın buyruğuyla bəşər
tarixində ilk ibadət evi olaraq tikib-qurmuşdur.
Nuh peyğəmbərin (ə) dövründə baş verən tufan
nəticəsində bu ibadətgah dağılmışdır. Kəbəni Hz.
İbrahim peyğəmbər (ə) bərpa edib.
Məhəmməd peyğəmbər (s) hələ hicrətdə –
Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki,
müsəlmanlar namaz qıldıqları zaman üzlərini
Kəbəyə çevirsinlər. Həmin vaxta qədər
müsəlmanlar ibadət zamanı üzlərini Beytul-
Müqəddəsə, Qüds şəhərinə tuturdular.
Qahirə Universitetinin professoru doktor Hüseyn
Kəmaləddin elmi olaraq sübut etmişdir ki, vulkanik
fəaliyyət nəticəsində ilk dəfə quru məkan məhz
Kəbənin olduğu yerdə yaranıb. Həmin vaxta qədər
isə bütün planet su ilə örtülmüşdür. Quru ərazilər
buradan yayılmağa, genişlənməyə başlanmışdır.
Uzun araşdırmalar nəticəsində 1977-ci ildə Kəbə
və Məkkənin bütün quru ərazilərin mərkəzi olduğu
rəsmi surətdə sübut edilmişdir. Məlum olmuşdur
ki, Kəbənin dayandığı nöqtədə Yerin maqnit
mərkəzi yerləşir. Maraqlıdır ki, Yerin maqnit
qütbləri dəyişdiyi halda, Kəbədəki maqnit mərkəzi
əvvəlki kimi qalır.
[cavab]
agil
27 Dek 2014 / 19:46
Birazdan oxuyum rey bildirerem
[cavab]
Dj-XaCMaZ
27 Dek 2014 / 19:48
twk movzuye gore
[cavab]
xMaGa
27 Dek 2014 / 19:57
hammmisini bilirem
[cavab]
UmmanSeyidov
27 Dek 2014 / 20:04
Bilmirdim indi bildim. Allah razı olsun.
[cavab]
rehim95
27 Dek 2014 / 20:20
Cox sagol qaqa hec birin bilmirdim
[cavab]
NARDARANLl
27 Dek 2014 / 20:23
Allah razi olsun
[cavab]
C_L_A_S_S
27 Dek 2014 / 20:40
Super cox tesekkur
[cavab]
CAVKA
27 Dek 2014 / 20:45
Allah Razi Olsun .
[cavab]
Lara
27 Dek 2014 / 20:46
allah komeyin olsun twk deyerli movzu ucun
[cavab]
Bölmeye qayıt