Adı gözəl, özü gözəl Məhəmməd ( s. a.v )

pol UmmanSeyidov 27 Dek 2014 / 08:41
Rəvayətə görə Musa əleyhissalamın
zamanında heç kimin sevmədiyi, günahkar bir
adam vardı.
Həmin adam öldüyü zaman bu da insanmı
deyərək zibilliyə atdılar.
Allahu Təala Musa əleyhissalama əmr etdi ki,
mənim filan zibillikdə bir övliya qulum var,
onu oradan çıxar, təmizlə, namazını qıl və
dəfn et.
Musa əleyhissalam adamı zibillikdən çıxardı,
gözəlcə yudu, kəfənlədi, namazını qıldı.Bunu
görən camaat təəccübləndi.
Allahın Elçisi bunların zibilə atdığı adamı
təmizləyir, kəfənləyir, namazını qılır...
Dəfndən sonra Musa əleyhissalam adamın
evinə gəldi:
- Ey xanım, bu adam nə edib, hansı xeyirli
əməli görüb?
Qadın dedi ki:
- Ya Rəsulullah, bu heç kimin sevmədiyi, hər
kəsin qaçdığı bir insandır, bunun yaxşı bir
əməli yox idi.
- Yaxşı düşün, bunun xeyirli bir əməli, yaxşı
bir işi var.
Qadın yenə:
- Heç bir yaxşı əməli yox idi,həmişə günah
işlərlərdi.
Üçüncü dəfə soruşdu:
- Onun mütləq bir şeyi var ki,
Allahu Təala məndən onu dəfn etməmi istədi.
Qadın dedi ki:
- Bir gün Tövrat oxuyurdu, oxuyarkən
Məhəmməd (əleyhissalam) deyə bir ad keçdi.
Bu nə gözəl addır dedi, təkrar oxudu, yenə bu
nə gözəl addır dedi.
Sonra, Ya Rəbbi, adı belə gözəl olanın kim
bilir özü nə qədər gözəldir.Mən ona aşiq
oldum, dedi və adını öpdü.
Musa əleyhissalam da bunu eşitdikdə-"Her
şeyi anladığını" buyurdu.
* İslamiyyət ağac kimidir. Kökü imandır,
gövdəsi əməllərdən ibadətlərdir.
Ağacdan məqsəd, meyvədir.
Ağacın meyvəsi də təsəvvüfdür, sevgidir,
ixlasdır.
Ağacdan məqsəd meyvə amma, ağac
olmazsa meyvə də olmaz.
Belə bir Peyğəmbərə ümmət olmaq ən böyük
nemətdir *

[cavab]

pol xMaGa 27 Dek 2014 / 08:41
bunu uwaq vaxti analarimiz bize o qeder deyib ......
red. xMaGa (27.12 /08:42)

[cavab]

pol xYuNiS 27 Dek 2014 / 08:44
super

[cavab]

pol @inna@ 27 Dek 2014 / 09:10
Mövzuya göre tşk.

[cavab]

pol xCoory 27 Dek 2014 / 09:52
Cox gozel

[cavab]

pol rehim95 27 Dek 2014 / 09:56
...........

[cavab]

pol YeTiM 27 Dek 2014 / 10:08
muper cuper

[cavab]

pol Lenkeran_ 27 Dek 2014 / 10:32
gozel.

[cavab]

pol zekow 27 Dek 2014 / 10:34
Allah razi olsun.

[cavab]

pol UmmanSeyidov 27 Dek 2014 / 11:06
Sizdə sağolun.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1385 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az