Ataya aid seyir By_ROMANTIK

pol *_ROMANTIK_* 25 Dek 2014 / 13:45
Necə izah eliyim mən bu
dərin dəryanı
Çünki yazmaqa qurtarmaz
bu böyük mənanı
Neçə dost ilə qohumla
sürəsən dünyanı
Ata yoxdursa demək boşdu
bu dünya atasız.
Sevsə hər kim atanın saxlasa
gəl hörmətini
Allah ol kəsdən uzaq
saxlamaz öz rəhmətini
Atanın qədrini bil vurma
yerə zəhmətini
Çox çətindir eləmək bir işi
bərpa atasız.
Bir kəsinki ola var dövləti
cahu-celalı
Xalq arasında şanı,şöhrəti
əqli-kamalı
Ola qardaş bacısı dostları
əhli-əyalı
Yenə hiss eylər özün dəhridə
tənha atasız.
Tanri xəlq eyləyib insanı
gətirdikdə cana
Bəxş edər valideyin
vasitəsiylə cahana
Nə qədər dahi müqəddəs
böyük ad olsa ANA
Gələ bilməz həyata bir uşaq
əsla atasız.
Bir nəfər vardı Məsiha deyim
ondan yeridir
Qeybidən xəlq olub qeybə
çəkilmiş diridir
Buda Pərvərdigarın
möcüzəsindən biridir
Ki bu dünyaya gəlib Həzrəti
İsa atasız.
Ata haqqında bunu
söyləməyə haqqım var
Onu inkar edən Allahını eylər
inkar
Ey İlahi məni qoy əlsiz,
ayaqsız bimar
Rəhm eylə Seymuru, amma
qoyma atasız!
red. *_ROMANTIK_* (25.12 /13:47)

[cavab]

pol *_11-MeZuN_* 25 Dek 2014 / 14:22
Super

[cavab]

pol xYuNiS 25 Dek 2014 / 14:48
ela...

[cavab]

pol zekow 25 Dek 2014 / 15:19
super..

[cavab]

pol jo(K)er 25 Dek 2014 / 16:02

[cavab]

pol CAVKA 25 Dek 2014 / 17:14
Allah cemi Atalarin canin sag elesin Olenler Allahdan Rehmet

[cavab]

pol EkoDrive 25 Dek 2014 / 17:50
Qezelin müellifi : Perviz

[cavab]

pol EkoDrive 25 Dek 2014 / 17:51
Qezelin copy etmisen anladiq bes Perviz adini ne ucun deyisib seymur etmisen? Guya özün yazmisan?

[cavab]

pol perviz 26 Dek 2014 / 01:40
EkoDrive, he qaqa vallah basa duse bilmirem ki niye bele ediller son zamanlar bele hadiselere men tez tez ras gelirem olmazeee bele hele bir camaatin seirin kopyaliyib san usdelikde oz adinnan yazirsan ayibdi onu sen yazmiyibsan axi mence bele seyler duzgun deyil

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1223 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az