Analara aid şeir(By_RoYaL)
RoYaL_AnD_Me
24 Dek 2014 / 20:38
Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.
* * *
Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.
* * *
Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.
* * *
Qəlbinə toxundum yenə can dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana.
* * *
Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.
* * *
Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin mənə,
Ruhumda sən varsan ölmədin ana.
* * *
Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.
ALLAH Analarimizi bize cox gormesin!
Malimiz,pulumuzu itirsekde Hec vaxt! Ama Hec vaxT! Anamizi itirmeyek! Analarin qedrini bilin!
By_RoYaL
red. RoYaL_AnD_Me (24.12 /20:41)
[cavab]
jo(K)er
24 Dek 2014 / 20:48
[cavab]
*NuRaY*
24 Dek 2014 / 21:10
Amin super
[cavab]
Fermer_666
24 Dek 2014 / 21:17
coxxx superrrrrrrrrrrrr
[cavab]
*AyaN*_
24 Dek 2014 / 21:34
Amin.twk
[cavab]
Krutoy_PareN
24 Dek 2014 / 21:56
Amin Yaxsidir Seirin esl muellifinin adi nedir?
[cavab]
zekow
24 Dek 2014 / 22:05
Amin gozel weire gore chox sagol
[cavab]
odunka
24 Dek 2014 / 22:10
Amin.tsk
[cavab]
RoYaL_AnD_Me
24 Dek 2014 / 22:34
Krutoy_PareN, QaQaŞ Tanımıram VALLAH
[cavab]
limanecc
24 Dek 2014 / 23:36
AMIN.
[cavab]
Bölmeye qayıt