Fani Dunya...

pol xYuNiS 21 Dek 2014 / 13:22
Bu haqda heç düşünmüsünüzmü?
İnsan nə üçün tez-tez təmizlənmək
məcburiyyətindədir? Nə üçün təmizliyə
diqqət etməsə, bədəni və ağzı qoxuyar,
dərisi və saçı yağlanar? Nə üçün tər və
tərin qoxusu son dərəcə pisdir?
İnsandan fərqli olaraq çiçəklər son
dərəcə gözəl qoxuya mаlikdir. Qızılgül və
ya yasəmən çirkli bir torpaqda bitsə belə
əsrlərdir gözəl ətirə sahibdir. Amma
insan pis qoxu verməyə məhkumdur və
o, bunun qarşısını ancaq təmizliyə
riayət etməklə ala bilir.
Bunun nə üçün belə olması, insanın belə
çatışmazlıqla yaradılması haqda heç
düşünmüsünüzmü? Nə üçün Allah
çiçəkləri gözəl qoxulu yaratdığı halda,
insanın bədənindən pis qoxular çıxarır?
Bu məsələ üzərində baş
sındırmısınızmı?
İnsan yalnız pis qoxu verməklə bitmir,
eyni zamanda yorulur, acır, susayır, canı
ağrıyır, mədəsi bulanır, xəstələnir...
İnsanlar bunu təbii hal kimi qəbul edir,
amma bunlar əslində bir aldanışdır.
İnsan heç bir zaman pis qoxu verməyə,
heç bir zaman başağrısı çəkməyə, heç
bir zaman xəstələnməyə bilərdi. İnsanın
mаlik olduğu bütün bu qüsurlar
“təsadüfən” əmələ gəlməmiş, məhz
xüsusi olaraq yaradılmışdır. Allah insanı
müəyyən bir məqsədlə, bəlli bir hikmətlə
qüsurlu bir şəkildə yaratmışdır.
Bunun isə iki məqsədi var. Birinci
məqsəd insanın özünün aciz bir varlıq,
bir “qul” olmasını anlamasıdır.
Qüsursuzluq və mükəmməl olmaq yalnız
Allaha məxsusdur. Onun bəndəsi olan
insan isə sonsuz dərəcədə qüsurlu, əskik,
zəifdir və buna görə də Allaha sonsuz
dərəcədə möhtacdır. Bir ayə bu
mövzunu çox hikmətli bir şəkildə izah
edir:
“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah
isə möhtac deyildir və hər cür şükürə, tərifə
layiqdir! Əgər istəsə, sizi yox edib başqa bir
məxluqat gətirər. Bu, Allah üçün çətin
deyildir!” (“Fatir” surəsi, 15-17).
İnsanın bədənindəki qüsur və
çatışmazlıqlar ona acizliyini və zəifliyini
müntəzəm şəkildə xatırladır. İnsan
özünü üstün və qüsursuz bir varlıq zənn
edə bilər, amma hər gün ayaqyoluna
getmək məcburiyyətindədir və orada
onun düşdüyü zavallı hal özünün əsl
mahiyyətini ona bildirir.
Insanın qüsur və çatışmazlıqlara sahib
olmasındakı ikinci məqsəd isə bu
dünyanın ötəri olmasının ona müntəzəm
şəkildə xatırladılmasıdır. Çünki
haqqında bəhs edilən qüsur və
çatışmazlıqlar bu dünyadakı bədənə
məxsusdur. Axirətdə cənnət əhli yeni bir
bədənlə mükəmməl və qüsursuz bir
şəkildə yaradılacaqdır. Bu dünyadakı
zəif, əskik, qüsurlu bədən möminin
həqiqi bədəni deyildir, ötəri bir müddət
ərzində qaldığı bir qəlibdir.
Buna görə də dünyada qüsursuz bir
gözəllik əldə edilə bilməz. Fiziki
cəhətdən ən gözəl, ən cazibədar, ən
qüsursuz olduğunu gümаn etdiyimiz bir
insan da digər bütün insanlar kimi
ayaqyoluna gedir, tərləyir, bəzən ağzı
pis qoxu verir, bəzən üzündə sızanaq
çıxır. O da təmiz qala bilmək üçün
mütəmadi şəkildə yuyunmaq və özünə
qulluq etmək məcburiyyətindədir. Elə
insan var ki, üzü gözəldir, amma fiziki
cəhətdən o qədər də mükəmməl,
qüsursuz deyil. Bunun tərsi də
mümkündür. Kiminin gözü gözəl, fəqət
burnu əyri ola bilər. Bu xüsusiyyətlərin
sonsuz versiyalarını saya bilərik. Zahiri
görünüşünə görə həqiqətən qüsursuz
kimi görünən bir kimsədə heç
gözlənilməyən bir xəstəlik, narahatçılıq
və ya qüsur tapıla bilər.

[cavab]

pol xYuNiS 21 Dek 2014 / 13:23
Hər şeydən önəmli olanı isə budur ki, ən
mükəmməl görünən insan belə mütləq
yaşlaşır və ölür. Gözlənilməyən bir anda
baş verən qəzada parça-parça ola bilər.
Dünyadakı bədən kimi dünyanın özü də
əskik, qüsurlu və ötəridir. Bütün çiçəklər
mütləq solur, ən gözəl qidalar çürüyür,
xarab olur və iylənir. Bütün bunlar bu
dünyaya məxsus olan çatışmazlıq və
qüsurlardır. Bizə verilən qısa dünya
həyatı da, daşıdığımız bədən də Allahın
çox qısa bir müddət üçün verdiyi
müvəqqəti əmanətlərdir. Sonsuz həyat
və mükəmməl bir yaradılış isə yalnız
axirətə məxsusdur. Bir ayədə belə
deyilir:
“Sizə verilən hər hansı bir şey fani dünya
malıdır. Allah yanında olan isə daha yaxşı
və daha baqidir. O kəslər üçün ki, iman
gətirib öz Rəbbinizə təvəkkül
edərlər” (“Şura” surəsi, 36).
“Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-
bəzək, bir-birinizin qarşısında öyünmək və
mal-dövləti, oğul-uşağı çoxaltmaqdan
ibarətdir. Bu elə bir yağışa bənzəyir ki,
onun yetişdirdiyi bitki əkinçilərin xoşuna
gələr. Sonra o, quruyar və sən onun saralıb-
solduğunu, daha sonra çör-çöpə döndüyünü
görərsən. Axirətdə şiddətli əzab, Allahdan
bağışlanma və razılıq gözləyir. Dünya həyatı
aldanışdan, yalandan başqa bir şey
deyildir” (“Hədid” surəsi, 20).
Qısası, bu dünyada Allah sonsuz qüdrət
və elminin göstəricisi olaraq eyni anda
bir çox gözəllik, sənət və xariqələrlə
yanaşı, çox müxtəlif qüsur və əskiklikləri
də yaradır. Mükəmməllik və əbədilik bu
dünyanın qanununa ziddir. İnkişaf edən
texnologiya da daxil olmaqla, insan
ağlının düşünə biləcəyi hər hаnsı bir şey
Allahın bu qanununu dəyişdirə
bilməyəcəkdir. Bununla da insanlar bir
tərəfdən, axirətin həsrəti ilə ona
qovuşmaq üçün çabalasınlar və Allaha
lazımi qədər şükür və hörmət etsinlər.
Digər tərəfdən də bunların həqiqi
yerinin bu ötəri dünya deyil, əskik və
qüsurlardan qorunmuş və möminlər
üçün hazırlanmış əbədi cənnət həyatı
olduğunu anlaya bilsinlər. Quranda bu
həqiqət çox açıq şəkildə izah olunur:
“Lakin siz dünyanı üstün tutursunuz.
Halbuki axirət daha xeyirli və daha
əbədidir” (“Əla” surəsi, 16-17).
Başqa bir ayədə isə “axirət yurdu isə
şübhəsiz ki, əbədi həyatdır” deyilir
(“Ənkəbut” surəsi, 64).
“Əbədi həyat”ımız olan axirətlə
müvəqqəti bir yurd olan dünya arasında
pərdə qədər incə bir sərhəd var. Ölüm
bu pərdəni qaldıran vasitədir. Ölümlə
birlikdə bu dünya və bədənlə olan əlaqə
kəsiləcək, yeni bir yaradılışla sonsuz
həyata başlanğıc ediləcək.
Ölümlə birlikdə başlayan həyat əsl həyat
olduğuna görə həqiqi “təbiət qanunları”
da orada olanlardır. Əskiklik, qüsur,
ötərilik dünyaya layiq olan qanunlardır,
amma həqiqi qanunlar deyildir.
Həqiqi qanunlar qüsursuzluq,
ölümsüzlük, mükəmməllik üzərində
qurulur. Başqa sözlə desək, adi olan
məsələ bir çiçəyin heç solmaması, bir
insanın heç çirklənməməsi, heç
yaşlaşmaması, bir meyvənin heç
çürüməməsidir. Əsl qanunlar insanın
hər istədiyini o an həyata keçməsini,
insanın heç bir ağrı-acı və xəstəlik
keçirməməsini, heç bir zaman
üşüməməsini və ya tərləməməsini zəruri
edir. Ancaq əsl qanunlar əsl həyatda,
keçici qanunlar da keçici olan bu dünya
həyatındadır. Bu dünyada yaşanan
bütün çatışmazlıq, kəm-kəsir, əskiklik və
qüsurlar əsl qanunların pozulub yerinə
müvəqqəti qanunların qoyulması ilə
əmələ gəlir. Əsl qanunların həyata
keçdiyi axirət yurdu təsəvvür olunduğu
qədər də uzaqda deyil. Allah dilədiyi an
insanın buradakı həyatını sona çatdırıb
onu axirətə keçirə bilər. Bu keçid bir göz
qırpımı qədər tez baş verir. Yuxudan
oyanmaq kimi... Bir ayədə ölümlə
birlikdə sona çatan bu dünyanın axirətlə
müqayisədə necə qısa olduğu belə
bildirilir:

[cavab]

pol xYuNiS 21 Dek 2014 / 13:24
“Allah belə buyuracaqdır: “Yer üzündə neçə
il qaldınız?” Onlar: “Bir gün yaxud bir
gündən də az!” deyə cavab verəcəklər. Allah
buyuracaq: “Əgər bilirsinizsə, siz çox az
qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı
və hüzurumuza qaytarılmayacağınızı güman
edirdiniz?”” (“Muminun” surəsi, 112-115).
Ölümlə birlikdə yuxu sona çatmış və
həqiqi həyat başlamışdır. Yer üzündə
“bir gün yaxud bir gündən də az”, hətta
“bir göz qırpımı” qədər qalmış insan
etdiklərinin hesabını vermək üçün
Allahın hüzuruna çıxır. Əgər dünyada
olarkən ölümü ağlında tutmuşsa, Allaha
qovuşacağının düşüncəsi ilə yaşamışsa,
qurtulacaqdır. Quranda “kitabı sağ əlinə
verilən” bu nicat tapmışların belə
deyəcəyi xəbər verilir:
“...Alın əməl dəftərimi oxuyun! Mən öz
hesabıma yetişəcəyimə möhkəm
inanmışdım!” (“Haqqə” surəsi, 19-20).

[cavab]

pol xYuNiS 21 Dek 2014 / 13:26
Oxumaga deyer...

[cavab]

pol izzi 21 Dek 2014 / 13:42
cox sagol qaqaw hamisini kelme kelme oxudum cox gozel yazilib by: (=messi=)
red. izzi (21.12 /13:44)

[cavab]

pol *NuRaY* 21 Dek 2014 / 14:08
Çox gözəl mövzudu twk.Allah hamımızın günahlarını bağışlasın Amin.

[cavab]

pol Ozma 21 Dek 2014 / 14:13
Deyerlidir

[cavab]

pol @inna@ 21 Dek 2014 / 14:47
Gözel mövzudur.Mövzuya göre tşk

[cavab]

pol Lara 21 Dek 2014 / 14:59
Evvelden axra kimi oxudum cox duwundurucudu .oxumaga deyer .twk ellerine sagliq

[cavab]

pol *_11-MeZuN_* 21 Dek 2014 / 15:44
Qaqa yazdiqina gore cox saol gozel movzudu

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.152 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az