Dunyanin bir cox yerinde Yeni il nece qeyd olunur.Maraqlidir baxin
MaQa_AnD_Me
20 Dek 2014 / 15:00
Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab
edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan
108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin
sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 15:00
Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri
qovduqlarını düşünürlər.
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 15:00
Ən qəribə bayram hədiyyələrini isə eskimoslar bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır.
Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət
saxlamağa imkan verir.
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 15:01
Yeni il Azərbaycanda — Azərbaycanda təntənə ilə qeyd olunan bayram Qriqori təqvimində ilin birinci ayıdır.
Qriqori təqvimi 1582-ci ildə qəbul
edilmişdir. Rusiyada I Pyotrun
fərmanına əsasən Yuli təqviminə
keçilmişdir. Həmin fərmana görə
yanvarın 1-i - İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır. 1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı
dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli
təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan
qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü
hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması
üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir. 2006-cı ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab
edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur.
[cavab]
KinG_oF_WorLD
20 Dek 2014 / 15:06
super
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 15:18
hamsin oxudun?
[cavab]
odunka
20 Dek 2014 / 15:47
[cavab]
*NuRaY*
20 Dek 2014 / 15:52
Super sona kimi oxudum.ama bizdədə maraqlı mehribanlıqla keçsəydi hər kəs birlikdə əla olardı
[cavab]
*AyaN*_
20 Dek 2014 / 15:53
Maraqlidi
[cavab]
Minika
20 Dek 2014 / 16:57
Fransada yeni il dekabrin 26 si kecirilir
[cavab]
Bölmeye qayıt