Dunyanin bir cox yerinde Yeni il nece qeyd olunur.Maraqlidir baxin
MaQa_AnD_Me
20 Dek 2014 / 14:54
Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı —
ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba)
obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 14:55
İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq
qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da
Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə
onlar həm də köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı
ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun.
Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis
fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 14:55
Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz
qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik
etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları
çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 14:56
Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli
olacaq.
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 14:56
Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba —
Youlupukkidir.
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 14:57
İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt
ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə
müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə
ildə ilişib qalsın.
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 14:57
Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları
bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram
süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur. Yeni il Avstriyada çox şən keçir, insanlar yeni il gecəsini kücələrdə şənlənməklə və karnavallarla keçirirlər.
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 14:57
Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu
ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə
qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz
küknar ağacı 19-cu əsrin axırlarında dəbə mindi.
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 14:58
Indi ise QITELERDE
[cavab]
MaQa_AnD_Me
20 Dek 2014 / 14:58
Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki,
həmin an sənə əziz olan birini öpməyə imkan tapsan il xoşbəxtlik
içində keçəcək.
[cavab]
Bölmeye qayıt