Maraqlı romantik
Elnur
19 Dek 2014 / 00:30
Mən səni gəzirəm, yuxularımda,
Qayıt gəl ömrümə ,yerin boş qalıb.
Səsimə səs verən, haray verən yox,
Qayıt gəl ömrümə, yerin boş qalıb.
Gecələr gözündən yaş süzülürsə,
Əllərin dünyadan çox üzülürsə.
Sənədə bu həsrət əzab verirsə,
Qayıt gəl ömrümə, yerin boş qalıb.
Yenidən nəyəsə başlamaq çətin,
Bu acı qisməti daşlamaq çətin.
Sənsiz davam etmək, yaşamaq çətin,
Qayıt gəl ömrümə, yerin boş qalıb.
Bu dünya başıma yaman gəlir dar,
Bir yanımda həsrət , biri intizar,
Hələki gec deyil, hələ zaman var,
Qayıt gəl ömrümə, yerin boş qalıb.
[cavab]
*NuRaY*
19 Dek 2014 / 01:06
[cavab]
zekow
19 Dek 2014 / 02:02
super.
[cavab]
CAVKA
19 Dek 2014 / 04:30
Super ela
[cavab]
UmmanSeyidov
19 Dek 2014 / 08:42
Yazan əllər var olsun
[cavab]
Elnur
19 Dek 2014 / 08:42
Hamıya təşəkkürlər. Amma qənimim olmayanda maraqsız olur... . (
[cavab]
*_populyar-*
19 Dek 2014 / 17:55
ELA
[cavab]
Bölmeye qayıt
0.132 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az