ZƏNGİNLİK,MÜVƏFFƏQİYYƏT və SEVGİ!

pol *NuRaY* 16 Dek 2014 / 12:19
Bir qadın qapıdan çölə çıxdığı zaman ağ saqqallı üç qocanın öz evinin qarşısında oturduqlarını görür.
-Mən sizi heç tanımıram,-deyir
-Amma ac və susuz olmalısız. Xahiş edirəm içəri gəlin,sizə yeməyə bir şey verim.
-Evin kişisi içərdədir?
-Xeyir evin həyətindədir qadın cavab verir.
- O evdə olmadığı müddətdə bizim bu evə girməyimiz mümkün deyil deyə ağsaqqallar cavab verir. Axşam əri evə qayıtdığı zaman qadım olanları ona danışır.
-Yaxşı,onlara söylə ki,mən artıq evdəyəm,gələ bilərlər. Qadın çölə çıxıb kişiləri içəri dəvət edir.
Amma bu dəfə də.
-Hamımız eyni anda içəri girmərik-deyə yaşlı adamlar bildirdilər.
Qadın soruşur:
-Niyə girə bilməzsiniz?
Qocalardan biri açıqlayır:
-Yoldaşımın birinin adı Zənginlik,digəri Müvəffəqiyyətdir,mən isə Sevgiyəm.
Sora isə əlavə edir:
-İndi içəri gir və ərinlə danış. Hansımızı evinizdə istəyirsiniz?
Qadın içəri girib deyilənləri ərinə izah edir. Əri eşitdiklərinə sevinərək:
-Nə gözəl,- deyir,- Madəm elədir, Zənginliyi içəri çağıraq.
Qoy evimiz zənginliklə dolsun.
Arvad etiraz edir:
-Canım, nə üçün Müvəffəqiyyəti çağırmırıq?
Bu anda evin digər küncündə olan gəlinləri onların danışıqlarını eşidir. Qaçıb gələrək öz fikrini söyləyir:
-Sevgini çağırsaq daha yaxşı olmazmı? Evimiz sevgiylə dolar!
Gəlininin təklifini bəyənən kişi arvadına deyir:
-Çölə çıx və bizim qonağımız olması üçün Sevgini dəvət et.
Qadın çölə çıxır və yaşlı adamlardan soruşur:
Hansınız Sevgi idi? Xahiş edirəm, içəri gəl və qonağımız ol.
Sevgi ayağa qalxır və evə doğru getməyə başlayır. Lakin digər iki yaşlı adam da onun dalınca gedir.
Qadın çaşqın halda Zəngin və Müvəffəqiyyətdən soruşur:
-Mən yalnız Sevgini dəvət etdim, siz niyə gəlirsiniz?
Zənginlik və Müvəffəqiyyət bir ağızdan cavab verdilər.
-Əgər Zənginlik, ya da Müvəffəqiyəti dəvət etsəydin, digər ikisi çöldə qalardı. Amma sən Sevgini dəvət etdin. O hara gedərsə, bizdə dalınca ora gedirik.
Çünki harda Sevgi varsa ordada Müvəffəqiyyət və Zənginlikdə vardır!...
Allah evlərimizi daima Sevgi dolu etsin və bizləri öz sevgisinə layiq olanlardan etsin İNŞALLAH.AMİN.

[cavab]

pol Mr_PsiXxX 16 Dek 2014 / 12:23
*NuRaY*, twk...insallah allah razi olsun

[cavab]

pol zekow 16 Dek 2014 / 12:29
Maraqliydi. Amin inwAllah

[cavab]

pol *NuRaY* 16 Dek 2014 / 12:29
Mr_PsiXxX, twk.Amin

[cavab]

pol *NuRaY* 16 Dek 2014 / 12:29
zekow, twk

[cavab]

pol (_KaBuS_) 16 Dek 2014 / 12:33
*NuRaY*, salam dosi. Heqiqeten möhtesem bir mövzudur aferin. :)

[cavab]

pol Alliqator 16 Dek 2014 / 12:39
coxgozel elerine sagliq var olasan dosim

[cavab]

pol *NuRaY* 16 Dek 2014 / 12:44
Hər birinizə twk dostlar

[cavab]

pol *AyaN*_ 16 Dek 2014 / 19:25
AMIN

[cavab]

pol *NuRaY* 16 Dek 2014 / 19:30
*AyaN*_, twk canım Amin

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1545 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az