*ƏSİL SEVGİ*oxumağa dəyər

pol *NuRaY* 13 Dek 2014 / 15:12
Onlar iki il əvvəl evlənmişdilər. Oğlan ədəbiyyatı və şeri çox sevirdi. Yazıları və şerlərinini internet səhifələrinə,qəzetlərə göndərirdi. Lakin,hələki yazıları oxucular tərəfindən yetərincə sevilmirdi. Bundan əlavə oğlan çox gözəl fotoqraf idi. Öz toy şəkillərinin əksəriyyətini də özü çəkmişdi. Ədəbiyyata və şerə olan sevgisindən fotoqraf sənətini bir kənara atmışdı. Yoldaşını çox sevirdi və bu sevgi qarşılıqlı idi. Ama qız bir az səbirsiz və küsəyən idi. Kiçik şeylər üzündən dava salar,yoldaşı ilə günlərlə danışmazdı. Oğlan daha səbirli və həmişə barışdırıcı olmağa çalışırdı. Bir gün qız yenə yoldaşının sevmədiyi bir işi görməsini istəyirdi.QIZ:"Üç gün sonra rəfiqəmin toyudur. Məndən şəkilləri sənin çəkməyin üçün xahiş etdilər. Üstəkik artıqlaması ilə pul ödəyəcəklər."OĞLAN."Bu günlərdə vaxtım yoxdur". QIZ:"Off..yenə vaxtın yoxdur. Bu roman yazma işini br kənara qoy. Onsuzda yazmaq üçün çox vaxtın olacaq. İstəyirəm ki,rəfiqəmin toy şəkillərini sən çəkəsən". OĞLAN:"Xeyir...!"QIZ: Üç gün içində mənim təklifimi qəbul ədəcəksən,yoxsa hər şeyə son qoymalıyıq."deyib otaqdan çıxdı. Son iki gün qız yoldaşı ilə danışmır,onun suallarını cavabsız qoyur,hətta onunla bir otaqda belə oturmurdu və üçüncü gecə oğlan:"Danışmağımız lazımdır"dedi. QIZ:"Əgər toy haqqında danışacaqsansa qulaq asaram.."OĞLAN:"Çox mühüm bir söhbətdir"Qız yenə cavab vermirdi,susurdu...Nəhayət oğlan dedi:"Bir qızla tanış olmuşam.Məni çox sevir. Çox yaxşı xasiyyəti var. İstəmədiyim işləri mənə məcbur etmir. Həm də mənim yazılarımı dəstəkləyir və bir gün məhşur bir yazıçı olmağıma ürəkdən inanır."Qız yoldaşının sözlərindən heyrətə gəlir. Göz yaşlarını gizlətməyə çalışsada iki damla yaş gözlərindən süzülür. Oğlan əlini gecəliyinin döş cibinə salaraq"Qızın şəklini çəkmişəm..Görmək istəyirsən?"deyə soruşdu.Qız yaşla dolu tərs baxışlarını oğlana yağdıraraq"İsəmirəm,lazım deyil!"dedi. Oğlan işığı söndürüb yatağa girdi. Qız isə ya ta bilmirdi. Bir zamanlar özü yoldaşına həmin qız kimi davranmışdı.
red. *NuRaY* (13.12 /15:20)

[cavab]

pol *AyaN*_ 13 Dek 2014 / 15:24
canim...

[cavab]

pol KYOKSH 13 Dek 2014 / 15:25

[cavab]

pol *NuRaY* 13 Dek 2014 / 15:30
Onu daima sevəcəyini və nə olursa olsun həmişə dəstəkləyəcəyini vəd etmişdi. Verdiyi vədləri nə tez unudmuşdu,nə tez dəyişmişdi... O günlərə qayıtmaq sevgisini yenidən qazanmaq istəyirdi. Təkrar ağlamağa başladı. Sonsa gözü yoldaşının gecəliyinin döş cibində olan şəkilə sataşdı. Maraqdan və qısqanclıqdan şəkilə baxmaq istədi:Yavaşca əyilib gecəliyin cibindən çıxardı. Baxdı...Doyunca ağlamaq istədi...Doyunca gülmək istədi...Çox gözəl çəkilmiş bir şəkil idi. Qız da çox gözəl idi. Öz şəkili idi... Özünün xəbərh olmadan çəkilmiş bir şəkil... Qız sevincək halda əyilib yoldaşının yanağından öpdü. Oğlan dodaqaltı gülümsədi,lakin özün yatmış kimi göstərdi...

[cavab]

pol *NuRaY* 13 Dek 2014 / 15:32
*AyaN*_, twk canım davamını oxu

[cavab]

pol ErRoR_RoM@NTiK 13 Dek 2014 / 15:32
Super

[cavab]

pol *NuRaY* 13 Dek 2014 / 15:33
KYOKSH, twk

[cavab]

pol *NuRaY* 13 Dek 2014 / 15:35
Bütün bəyənən dostlara təşəkkürümü bildirirəm gəlin sevək və sevilək

[cavab]

pol *AyaN*_ 13 Dek 2014 / 15:42
*NuRaY*, deymez:)Aminn

[cavab]

pol *NuRaY* 13 Dek 2014 / 15:49
*AyaN*_,

[cavab]

[1] 2 3 4 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1819 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az