Anaya aid seyir

pol PowerFul 7 Dek 2014 / 19:06
Doğulub dünyaya gəldi elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.
* * *
Doqquz ay bətnində bəslədin
məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.
* * *
Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.
* * *
Qəlbinə toxundum yenə can
dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin
ana.
* * *
Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.
* * *
Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin
mənə,
Ruhumda sən varsan ölmədin
ana.
* * *
Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana

[cavab]

pol PowerFul 7 Dek 2014 / 19:08
butun Analarin elerinden opurem cunki Analar muqeddes di

[cavab]

pol _fizuli_ 7 Dek 2014 / 19:11
Duzdu...... -

[cavab]

pol Lenkeran_ 7 Dek 2014 / 19:14
ela..

[cavab]

pol _fizuli_ 7 Dek 2014 / 19:15
Lenkeran_, -

[cavab]

pol xYuNiS 7 Dek 2014 / 19:16
super

[cavab]

pol Lynx 7 Dek 2014 / 19:27
Iki ilden choxdur tarladayam axira kimi oxudugum ikinci movzudur. Chox sag ol.

[cavab]

pol PowerFul 7 Dek 2014 / 19:27
Lynx, twk

[cavab]

pol Axmed 7 Dek 2014 / 20:02

[cavab]

pol zekow 7 Dek 2014 / 20:49
Allah Analari qorusun Amin

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1293 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az