Malazgird döyüşü
MICHAEL_
5 Dek 2014 / 23:39
Salam istədim bu haqda 1az yazım
red. MICHAEL_ (05.12 /23:41)
[cavab]
NaNi_17
5 Dek 2014 / 23:57
Səlcuqların əsas hədəflərindən biri də Bizans idi. Bu dövrdə Bizansda hərc-mərclik idi. Imperatriçə Eydoksiya ölkəni idarə etməkdə çətinlik çəkirdi. O, türklərin hücumunun qarşısını ala biləcək bir şəxsə ərə gedəcəyini və taxt-tacı ona verəcəyini bildirdi. Bu təklifi qəbul edən sərkərdə Roman Diogen 1068-ci ildə Bizansın imperatoru elan edildi. O, imperiyanın bütün qüvvələrini səfərbərliyə aldı. Oğuz və peçeneqləri də orduya cəlb etdi. Avropa dövlətlərindən kömək istədi. O, çox böyük ordu ilə Ərzurum istiqamətində hücum etdi. Malazgird qalasını ələ keçirdi. Səlcuq qoşununun komandanı əmir Sunduk qəfil hücum edib Bizans qoşununu məğlub etdi, Bizansın zəfər nişanı olan "Böyük qızıl xaçı" hərbi qənimət kimi ələ keçirdi.
Sultan Alp Arslan vaxt qazanmaq məqsədilə sülh bağlamaq üçün Bizansa elçi göndərdi. Diogen sülh təklifini qəbul etmədi. Alp Arslan döyüşə hazırlaşdı. Döyüşdən qabaq o, qoşununa müraciətlə dedi: "Ey əsgərlər! Əgər şəhid olsam, bu bəyaz libas kəfənim olsun!". Malazgird vuruşması 1071-ci il avqustun 26-da başlandı. Bizans qoşununu yerindən tərpətmək mümkün olmadı, səlcuqlar döyüşə-döyüşə və pusqular qoyaraq geri çəkildilər. Bu zaman oğuz və peçeneqlər səlcuqların tərəfinə keçdilər. Səlcuqlar qalib gəldilər və imperator Diogeni əsir aldılar. Lakin sultan Diogeni bağışladı və onunla 50 il müddətinə sülh müqaviləsi bağladı. Müqaviləyə görə, Bizans hər il səlcuqlara vergi verməli, lazım gələndə hərbi yardım göstərməli idi. Şərqi Anadolu Səlcuqlara verildi.
Malazgird döyüşündən sonra erməni və gürcülərə havadarlıq edən Bizansın mövqeyi sarsıldı. Anadolunun — Kiçik Asiyanın fəthindən sonra Bizansın mövqeyi zəiflədi. Bağdad xəlifəsi Malazirddəki qələbə münasibətilə Alp Arslanı təbrik etdi, onu "Ərəb və Əcəm hökmdarı", "Müsəlmanların xilaskarı" və "İslamın nuru" adlandırdı.
[cavab]
NaNi_17
5 Dek 2014 / 23:57
Buda menden
[cavab]
MICHAEL_
6 Dek 2014 / 00:01
Səlcuq hökmdarı Alp Arslanın dövründə Türklərin Anadoluya axınları başlandı.Bizans imperatriçası Odakya Türkləri dayandıracaq 1inə ərə gedəcəyini və həmin şəxsi Bizans imperatoru edəcəyini bildirdi.Bizans prinslərindən Roman Diogen bu vəzifəyə sahib oldu.Yeni imperator Makedoniya,Yunanıstan,Trakiyada səfərbərlik keçirdi.Eyni zamanda orduya franklardan,normanlardan,clovaklardan,ermənilərdən,abxazlardan muzdlu döyüşçülər cəlb etdi.Bu vaxtlarda Anadolunun Əhlət,Malazgird,Mənbiğ qalaları Türklərin əlinə keçmişdi.Bizans ordusu 200 minlik qüvvəylə Malazgird üzərinə yeridi.İmperator Alp Arslana elçi göndərərək Əhlət,Mənbiğ,Ərçiş,Malazgird qalalarını qaytarmağı tələb etdi.Sultan rədd cavabı verdi və Şam şəhərindən 54 000 lik orduyla Xoya gəldi.Alp Arslanın qoşunları 1071 ci il 24 avqustda Malazgidə çatdı.5-6km məsafədə ordular dayanaraq düşərgə saldılar.Gecə Alp Arslan imperatora elçi göndərdi.Elçilərə Alp Arslanın güvəndiyi şəxslərdən Sav Təkin başçılıq edirdi.Alp Arslanın göndərdiyi məktubda Bizansın geri çəkilməyi tələb olunurdu.İmerator Alp Arslanın döyüşdən çəkindiyini zənn etdi.O,Sav Təkinə bildirdi ki,Həmədanın soyuq olduğunu eşitmişik,atlarımız Həmədanda özümüzsə İsfahanda qışlayacağıq.
[cavab]
MICHAEL_
6 Dek 2014 / 00:23
Neyse yazirdim elim deydi tezeden coxx uzundu yaza bilmeyecem.
[cavab]
FERMER216
6 Dek 2014 / 09:04
Bizans Dovletine Sonralar Yaranmiw Osmanli Dovleti Son Qoyub. Hemin Dovrde Bizans in Erazisi Yalniz Payaxt Konistantinpol Olub.
[cavab]
Bölmeye qayıt
0.183 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az