"Niyə kimsə indiyədək Elnuru axtarmırdı?"

pol qaqulya 2 Dek 2014 / 17:10
Bəstəkar Gövhər Həsənzadə “O səs Türkiyə” yarışmasında uğurla çıxış edən ifaçı Elnur Hüseynov haqda danışıb.

"Eurovision" yarışmasından sonra Elnura qarşı böyük diqqətsizliyin olduğunu deyib:

"Yeddi ildir Elnur yox idi. Niyə kimsə indiyədək onu axtarmırdı? Hamı deyir tənbəldir. Kimsə onun 2008-ci ildə yarışmadan qayıtdıqdan sonra necə yaşaması, evinin kirayə pulunu necə ödəməsi haqda maraqlandımı? Çox ağrılı haldır. Elnur "Eurovision"da insanları ayağa qaldırdı. Yeddi illik fasilədən sonra Türkiyədə belə uğurla çıxış etdi. Kaş elə bizim estrada ifaçılarımız da bütün günü efirə çıxıb maşından, geyimdən danışmaq əvəzinə, evdə yatıb, 7 ildən sonra belə partlayış edəydilər. Elnur xalqın fəxridir, bizim sənətkarımızdır. 2010-cu ildən bu yana estradamızın vəziyyəti acınacaqlı haldadır. Niyə Elnur Hüseynov, Samir Cavadzadə kimiləri üzə çıxarmırıq? Mən uzun illərdir sənətlə bağlı nə Samirlə, nə də Elnurla danışıram. Yaralarını tərpətmək istəmirəm. Çünki onların yanında xəcalətli qaldım, söz verdiyim albomu çıxara bilmədim. Onların gözəl mahnıları var, amma hamısı studiyada “yatır”. Mənim imkanım yoxdur, onları üzə çıxarım. Elnuru hansı məclisə çağırmışam gəlib. İndi mətbuatda yazılır ki, guya Elnur tənbəldir. Ona zəng vurub başqa mövzuda suallar verirdilər, sənətini soruşan olmurdu. Elnur da, Samir də "Eurovision"da peşəkarcasına çıxış etdilər. Amma sonra dəstək görmədilər, özləri də incidi. Dünən Samirlə danışırdım, zarafatla deyir ki, bəlkə mən də o yarışmaya gedim?”.

Qeyd edək ki, G.Həsənzadə «Eurovision 2008»də Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi «Day after day» mahnısının müəllifidir.

VİDEO <<<
red. qaqulya (02.12 /17:16)

[cavab]

pol _fizuli_ 2 Dek 2014 / 17:14
Bura ..azerbaycan dir. Nese

[cavab]

pol qaqulya 2 Dek 2014 / 17:15
qiymət verən yoxdur...
red. qaqulya (02.12 /17:17)

[cavab]

pol fermer10 2 Dek 2014 / 17:20
qaqulya, elaa movzuya gore twk

[cavab]

pol _BaN_DiT_ 2 Dek 2014 / 17:20
deyen olmadiki bes sen bu nece ili bunlardan niye danismirdin?o oz wotuna o yere gedb cixdi . .
yaltaqliw edib indi onu teriflemek lazm deyil
elnur nece iller bundan qabaqda elnur idi

[cavab]

pol xScream 2 Dek 2014 / 18:03
men ona baxdım. çox super. Elnur da samir de hemişe olub. Eurovisionda bizi destekleyen mahnılardan en yaxşısı onların ifasında olub. Sadece olaraq ölkemizin ilk defe çıxışı ve avropanın musiqi anlayışının olmaması onlara 8-ci yeri gösterdi.

[cavab]

pol PowerFul 2 Dek 2014 / 19:47
super movzuya gore twk!
red. PowerFul (02.12 /19:47)

[cavab]

pol Mr_babek 3 Dek 2014 / 14:19
Ewwi hec Qarabag hani deyen yoxdu durub elnuru axtaracaqlar

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2154 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az