©Maraqli fakt©
___MoNSTeR___
1 Dek 2014 / 13:30
1664-cü il dekabrın 5-də Uels
sahillərində gəmi batdı. Səksən bir
sərnişindən yalnız biri sağ qaldı –
Hyu Vilyams.
Bu hadisədən 121 il keçmiş,
dekabrın 5-də 1785-ci ildə bu
sularda yenə gəmi batdı. Burada
da cəmi bir sərnişin xilas oldu.
Onun da adı Hyu Vilyams idi.
Təsadüflər bununla bitmədi.
Daha 75 il keçdi. 1860-cı il dekabrın
5-də yenə bu ərazidə kiçik qayıq
batdı. Yalnız bir sərnişin xilas oldu.
Sizcə onun adı nə idi? Bəli, Hyu
Vilyams. Ən qatı materialistlər belə
illərdir bu sirli təsadüflərdən baş
aça bilmir. Bunu nə ilə izah etmək
olar axı, bu nədir – tale? Bu suala
heç kim cavab tapa bilmir.
Kral və restoran sahibi
Yaxud başqa bir hadisə. 1900-cü
ilin iyununda İtaliya kralı Umberto,
Monza şəhərindəki restoranda
nahar edirdi. Nahar kralın xoşuna
gəldi və o, restoranla maraqlandı.
Məlum oldu ki, elə restoran
sahibinin də adı Umbertodur. O,
kralla eyni gündə anadan olmuş və
eyni gündə evlənmişdi. Hətta
arvadlarının da adı eyni idi.
O da məlum oldu ki, kralın
tacqoyma mərasimi günü olarkən,
Umberto da bu restoranı açıb. Hər
ikisi bu təsadüfə çox sevindilər.
Qərara aldılar ki, sabahı gün
görüşüb, bir yerdə stadiona
getsinlər. Amma restoran sahibi
Umberto səhəri gün qəfil vəfat
edir. Kral bunu eşidəndə çox pis
olur, təəssüf hissi keçirir. Ancaq
kədərlənməyə vaxt tapmır. Bir
neçə saat sonra kral Umperto bir
terrorçu-anarxist tərəfindən sui-
qəsdə uğradılaraq öldürülür.
“Titanik”
1896-cı ildə Londonda çox da
məhşur olmayan fantast yazıçı
Morqan Robertsonun “Titanın
sonu” adlı kitabı işıq üzü gördü.
Kitabda “Titan” adlı nəhəng
gəminin ilk və son reysindən
söhbət açılırdı. Gəmi aysberqlə
toqquşaraq batır. Əksər
sərnişinləri həlak olur. Kitabda
hətta gəminin batma tarixi də
göstərilir: 1912-ci il.
Bəli, 1912-ci ildə məhz “Titanik”
gəmisi aysberqlə toqquşaraq batır.
Maraqlı burasıdır ki, kitabda həlak
olanların sayı, gəminin texniki
xarakteristikası tam dəqiqliklə
göstərilmişdi.
[cavab]
ErRoR_DanGeR
1 Dek 2014 / 13:38
maraqlidi
[cavab]
YeTiM
1 Dek 2014 / 19:10
Eladi
[cavab]
Krutoy_PareN
1 Dek 2014 / 19:46
Tesekkur maraqlidi.
[cavab]
_DaNGeR_
1 Dek 2014 / 20:12
bawqa maraqli faktlar yoxdu ?
[cavab]
Mr_PsiXxX
2 Dek 2014 / 00:18
___MoNSTeR___, tewekkur
[cavab]
Bölmeye qayıt
0.1316 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az