Qeti ve Qeyriqeti zuhur elametleri

pol ((Ya_Je_RiKo)) 29 Noy 2014 / 20:27
Hami oxusun!..
Sufaynileri tanimayanlarda oxusun
İmam Məhdi (ə)-ın zühurunun iki əlaməti vardır:
a) Qəti əlamətlər. b) Qəti olmayan əlamətlər.
a) Qəti əlamətlər:
1-Dəccalın meydana çıxması: O məlun Allahlıq
iddiası edəcəkdir. Onun gəlişindən sonra
dünyada
çoxlu qanlar töküləcək, fitnə-fəsad yaranacaqdır.
Hədislərdən məlum olduğu kimi, onun gözünün
biri silinmişdir və sol gözü alnının ortasındadır.
O, çox böyük cüssəli və güclüdür, qəribə və
qorxulu qiyafəsi vardır, sehrbazlıqda çox
mahirdir.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
“Möminlərdən hər kəs Dəccalı görsə, öz ağız
suyunu onun üzünə atıb, onun sehrini batil etmək
üçün “Həmd” surəsini oxusun.” Nəhayət, Dəccal
ilə imam Zaman (ə)-ın qoşunu arasında
müharibə
baş verər və o, ya imam Zaman (ə), ya da
həzrət
İsa ibn Məryəm (ə)-ın əli ilə öldürülər.
2-Süfyaninin qiyamı: Süfyani Məkkə ilə Şam
arasında qiyam edəcəkdir. O, çirkin surətlidir,
üzündə sızaq var, gözləri göy və Yezid ibn
Müaviyənin övladlarındandır. O, beş böyük
şəhəri
və məntəqəni – Dəməşq, Həms, Fələstin,
İordaniya
və Qinnəsrini ələ keçirəcək və ətraf nahiyələrə
ordu göndərəcəkdir. O, Mədinə və Bağdad
şəhərlərində kütləvi qırğın törədəcək, Məkkəyə
bir
ordu göndərəcək və yol əsnasında imam Məhdi
(ə)
-ın ordusu onları məğlub və həlak edəcəklər.
Süfyaninin üç yüz min nəfərdən ibarət olan
ordusu Allahın əmrilə Məkkə–Mədinə arasında
yerə batacaqdır. Təkcə Bəşir və Nəzir adlı iki
qardaş sağ qalacaq və bir mələk gəlib onların
üzünü arxaya çevirəcəkdir. Bəşir Məkkəyə gəlib
Süfyani ordusunun həlak olmasını İmama, Nəzir
də Şama gedib bu xəbəri Süfyaniyə deyəcəkdir.
Süfyani Şamda bu xəbəri eşitcək, Kufəyə doğru
hərəkət edib, orada qətl və qarətlə məşğul
olacaqdır. İmam Məhdi (ə)-ın Kufəyə daxil olması
ilə Süfyani qaçacaqdır. O həzrətin ordusu onu
təqib edib, Beytül-müqəddəsdəki Səxrə
məscidinin yaxınlığında qətlə yetirəcəklər və
onun
murdar başını kəsib çirkin ruhunu cəhənnəmə
göndərəcəklər.
3-Səmadan gələn bir səs: İmam Məhdi (ə)
Məkkədə zühur edərkən səmadan belə bir səs
eşidilər: “Ey məxluqlar, agah olun! Bu,
Mühəmməd
(s)-in övladı Məhdidir.” Dünyanın şərqindən
qərbinədək bütün insanlar hər biri öz dilində bu
səsi eşidib Məkkəyə üz tutar, o həzrətin
hüzuruna
gedərlər.

[cavab]

pol ((Ya_Je_RiKo)) 29 Noy 2014 / 20:29
4-Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi: O, həzrət
Peyğəmbər (s)-in nəslindəndir və Rükn ilə
Məqam
arasında şəhid olacaqdır.
5-Seyyid Həsəninin qiyamı: O, xoş üzlü bir
cavandır ki, Deyləm və Qəzvin tərəfdən qiyam
edib
deyəcəkdir: “Sizdən kömək istəyən Peyğəmbər
(s)
övladının dadına çatın!” Çox güman ki, Seyyid
Həsəni İmam Həsən (ə)-ın nəslindən və on iki
imamçı şiədir O, din və haqq ardıcılı olub, batil
bir iddia etməyəcəkdir. Onun danışığı və rəftarı
həzrət Peyğəmbəri-Əkrəm (s)-in pak şəriətilə
uyğun
olacaq. Möminlərdən bir çoxu da zalımların
zülmünü dəf etmək üçün ona kömək edəcəklər.
O,
Qəzvindən Kufəyədək olan əraziləri
zülmkarlardan
və kafirlərdən təmizləyəcək. Kufəyə daxil
olduqda,
İmam Məhdi (ə)-ın zühur etdiyini eşidər və
ordusu
ilə birlikdə Həzrətə beyət edərlər.
6-Ramazan ayının ortancıl günündə günəşin,
axırında isə ayın tutulması.
b) Qəti olmayan əlamətlər:
7-Kufə məscidinin divarının uçulması.
8-Fərat çayından bir qol ayrılaraq Kufə şəhərinin
kücələrinə axması.
9-Kufə şəhərinin darmadağın olunmasından
sonra
yenidən abadlaşması.
10-Nəcəf gölünün su ilə dolması.
11-Cüdey ulduzunun yaxınlığında quyruğu olan
bir ulduzun görünməsi.
12-İmam Məhdi (ə)-ın zühurundan öncə qıtlığın
baş verməsi.
13-Əksər şəhərlərdə zəlzələnin baş verməsi və
taun xəstəliyinin yayılması.
14-Məscidlərin boş qalması.
15-Burasa məscidinin uçması.
16-Yer kürəsinin şərqindən od püskürərək üç,
yaxud yeddi gün yer ilə göy arasında
alovlanması.
17-Xorasandan qara bayraqlıların hərəkəti.
18-Rəcəb və Cəmadiyus-sani aylarında misli-
bərabəri görünməmiş leysan yağışlarının
yağması.
19-Şərqdən ay kimi işıq sacan, iki tərəfi bir-
birindən ayrı və parıltısı göz qamaşdıran bir
ulduzun çıxması.
20-Dünyanın fitnə-fəsadla dolması.
21-İnsanların namaz qılmaması və şəhvətə
qurşanması.
22-cirkin işlərin yaxşı, yaxşı işlərin isə çirkin kimi
qələmə verilməsi.
23-Düz danışanların yalan, yalan danışanların isə
düz danışanlar kimi qəbul edilməsi.
24-Uşaqların (savadsızların) minbər üstündə
əyləşməsi.
25-Fəqirlərin təhqir edilməsi.
26-Kişilərin kişilərlə və qadınların da qadınlarla
cinsi əlaqədə olması.
27-Kişilərin özlərini qadınlara və qadınların
kişilərə oxşatması.
28-Məscidlərin yəhudi məbədləri kimi qızılla
bəzədilməsi.
29-Quranların zinət sayılması.
30-Kişilərin özlərini qızıl-gümüşlə bəzəməsi.
31-Dinə həqarət, dünyaya isə əzəmət gözü ilə
baxmaq.
32-Təlaqın çoxalması.
33-Kənizlərin xanəndə olması, musiqi alətlərinin
və qumar oyunlarının çoxalması.
34-Ticarət və riya məqsədilə həccə getmək.
35-Quranın və elmin Allahdan qeyrisinə xatir
öyrənilməsi.
36-Zinadanolan övladların çoxalması.
37-Bəzi müharibələrin səmada baş verməsi.
38-Camaatın bir-birlərini körmədikləri halda, çox
uzaq yerlərdən bir-birləri ilə söhbət etməsi.
39-Dünya elminin inkişafının son həddinə
çatması
və insanların səmalara səfər etməsi.

By NARDARANLİ

[cavab]

pol Lenkeran_ 29 Noy 2014 / 20:41
Maraqlidi twk

[cavab]

pol @inna@ 29 Noy 2014 / 20:42
Mövzuya göre teşekkür

[cavab]

pol qaqulya 29 Noy 2014 / 21:20
cox sag ol...

[cavab]

pol ((Ya_Je_RiKo)) 30 Noy 2014 / 01:03
Allah razi olsun

[cavab]

pol CAVKA 30 Noy 2014 / 01:03
Brat cox sag ol eladi Allah Razi Olsun

[cavab]

pol Inishka 30 Noy 2014 / 13:00
Maraqlidi movzuya qore twk

[cavab]

pol _VeRSuS_ 30 Noy 2014 / 13:51

[cavab]

pol Mr_PsiXxX 2 Dek 2014 / 00:36
ALLAH razi olsun,qara bayraqlilar ya isid di yada taliban ikisininde bayraqi qaradi,ALLAH IMAMIMIZIN zuhurunu tezlesdirsin.amin

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2074 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az