Məntiqi suallar 2 ♥12kkk♥
12kkk
21 Noy 2014 / 22:13
Buyurun həll etməyə çalışın...
1)4,9,13,27,41,?
a)77 b)81 c)83 d)87 e)89
Cavabları izah etməyə çalışın
2)Artıq olanı seçin.
a)Osmanlı b)Səfəvi c)Səlcuq d)Maya e)Göytürk
Cavabları izah etməyə çalışın
3)1, 4, 5 - 15
2, 6, 4 - 10
1, 4, 9 - 25
3, 2, 7 - ?
a)50 b)20 c)15 d)25 e)100
Cavabları izah etməyə çalışın
4)Uyğun gələn variantı seçin.
Zaqatala, Astara, Kəlbəcər, Neftçala
Ağstafa, Salyan, ?, Lerik
a)Balakən b)Zəngilan c)Yardımlı d)Abşeron e)Saatlı
Cavabları izah etməyə çalışın
5)Məntiqi uyğun gələni tapın:
12 - 12, 2 - 7, 8 - 10, 14 - 13, 6 - ?
a)10 b)8 c)9 d)6 e)12
Cavabları izah etməyə çalışın
6)Hansı artıqdır?
a)Terapevt b)Pediatr c)Psixoloq d)Psixiatr e)Xirurq
Cavabları izah etməyə çalışın
7)1,-2,2,14,3,79, 4, ?.
a) 164 b)119 c)112 d)254 e)346
Cavabları izah etməyə çalışın
8)17 - ABŞ - 76
19 - Azərbaycan - ?
a)78 b)12 c)88 d)18 e)37
Cavabları izah etməyə çalışın
9)Turnirdə 8 şahmatçı 1 dövrəlik sistem üzrə yarışır. Cəmi neçə oyun keçirilməlidir?
a)10 b)16 c)8 d)7 e)28
Cavabları izah etməyə çalışın
10)Çempionatda B futbol klubu 25 oyundan sonra 21 qələbəylə 2-ci yerdədir. 1-ci yerdə gedən A klubu ondan az qələbə qazansa da, xalca öndədir. B klubunun 1 heç-heçə etdiyini nəzərə alsaq, A klubunun çempionatda neçə heç-heçə etdiyini tapın. (Qələbə 3 xal, heç-heçə isə 1 xalla qiymətləndirilir)
a)0 b)4 c)3 d)1 e)5
Cavabları izah etməyə çalışın
1) 3 usagim var.Birincisi menim yasimin ilk reqemi yasindadir.Ikincisi menim yasimin ikinci reqemi yasindadir. Ucuncusu bu iki reqemin cemi yasindadir. Hec birinin yasi eyni olmadigina gore ve hamimizin yaslarinin cemi 45-dirse menim yasim necedir?
2) 1 qayiqda 3 nefer var,qayiqlari ashir,onlardan 2-sinin saci islanir,III wexsin saci islanmir niyeee?
3) sebetde 5 alma var,bunlari 5 qiz arasinda ele paylamalisanki her qizin 1 almasi olsun ve sebetde 1 alma qalsin.
Bir neçə adam iş yerindəki komputerə giriş üçün 5 rəqəmli şifrədən istifadə edirmiş. Və bir gün biri bu şifrəni unudur. Ancaq o biri istifadəcilər buna kömək üçün 5 dənə ipucu verirlər.Belə ki,
1) Beşinci rəqəmlə üçüncü rəqəmin toplamı 14-dür
2) Dördüncü rəqəm ikinci rəqəmdən 1 ədəd coxdur
3) Birinci rəqəm ikinci rəqəmin iki qatından 1 əksikdir
4) İkinci və üçüncü rəqəmin toplamı 10-dur
5) Bütün sayıların cəmi 30-dur
Sual: Şifrəni tapın.
CAVABLAR HEÇ KİMƏ DEYİLMƏYƏCƏK.MƏNTİQ İŞLƏDİN
[cavab]
ROM@NTIK_GECE
21 Noy 2014 / 22:27
cetindi
[cavab]
12kkk
21 Noy 2014 / 22:31
ROM@NTIK_GECE, :) tapın
[cavab]
_DaNGeR_
21 Noy 2014 / 23:10
5sual cavab 8di düzdü ?
[cavab]
huseyin100
22 Noy 2014 / 06:51
1 hec hece
[cavab]
12kkk
22 Noy 2014 / 09:27
_DaNGeR_, düzdü
[cavab]
12kkk
22 Noy 2014 / 09:28
huseyin100, səhvdi
[cavab]
Axmed
22 Noy 2014 / 10:39
2) d)Maya e,6)a)Terapevt ,
[cavab]
Axmed
22 Noy 2014 / 10:41
9) b)16 ,10) a)0
[cavab]
Axmed
22 Noy 2014 / 10:42
Cavablar düzdü?
[cavab]
Bölmeye qayıt