İki qardasin sohbeti

pol NARDARANLI 18 Noy 2014 / 17:22
3 man 5 man pulu olub lovğalanan kəslər oxusun
Bir vaxtlar iki qardaş var idi. Böyük qardaş kəndin
ağası idi. O qədər varlı idi ki, hamı onun var-
dövlətindən danışırdı.
Kiçik qardaş isə böyük qardaşın yanında bir qarın
çörəyə işləyirdi. Bir gün kiçik qardaş ağacın
altında
oturur. Çox yorulduğu üçün onu yuxu tutur. Çox
keçməmiş böyük qardaş gəlir. Ayağı ilə kiçik
qardaşı vurub:
«Qalx, iş vaxtı yatmaq olmaz. Unutma ki,işləməyən
dişləməz», — deyir.
Kiçik qardaş alakal oyanıb gözlərini ovuşdurur və:
«Qardaş, məni niyə oyatdın? Çox gözəl yuxu
görürdüm. Yuxuda böyük torpaqlarım, sürüylə
atım,
mal-qaram, ucu-bucağı görünməyən otaqlarım,
var- dövlətim var
idi. O qədər gözəl bir yuxu idi ki Kaş ki, məni
oyatmayaydın...» — deyir.
Böyük qardaş istehza ilə kiçik qardaşa baxır və:
«Sən bu saydıqlarını yuxuda görürsən ancaq bütün
bunlar indi məndə var», — deyə cavab verir.
Kiçik qardaş bir az fikrə gedir, sonra böyük
qardaşa üz tutub deyir:
«Qardaş, əslində biz ikimizdə yuxu
görürük.Sadəcə
olaraq, fərq ondadır ki, mənim yuxum mən
gözlərimi açanda qurtarır, sənin yuxun isə sən
gözlərini yumanda qurtaracaq.

[cavab]

pol _VeRSuS_ 18 Noy 2014 / 17:26
5 ci sinif azerbaycan dili kitabindg var

[cavab]

pol 12kkk 18 Noy 2014 / 17:29
Həə görmüşəm.

[cavab]

pol NazXanim 18 Noy 2014 / 17:37
NARDARANLI, super. Yazan ellerin var olsun

[cavab]

pol NARDARANLI 18 Noy 2014 / 20:07
Hm ola biler

[cavab]

pol Umid12 19 Noy 2014 / 00:50
Ela qaqasim mövzuya göre tesekkür

[cavab]

pol xLady 19 Noy 2014 / 01:44
Tesekkur ellerine sagliq

[cavab]

pol NARDARANLI 19 Noy 2014 / 16:37
Allah razi olsun

[cavab]

pol CAVKA 19 Noy 2014 / 19:25
Ela Twk duz soze ne deyesen

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1291 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az