IsTiQLaL SiLaHi

pol Krutoy_PareN 13 Noy 2014 / 23:24
"İST-14,5 Anti-Material Rifle"
Növü Snayper
tüfəngi
Mənşəyi
Azərbaycan
İstismar tarixçəsi
İstismar 2008-
İstifadə edən ölkə(lər) Azərbaycan
İstehsal tarixçəsi
İstehsalçı Telemexani
ka
İstehsal tarixi 2008
Xüsusiyyətləri
Ağırlığı 20 kg
Uzunluğu 2015 mm
İstiqlal (İST-14,5 Anti-Material Rifle) —
Azərbaycan istehsalı olub, əllə doldurulan
və uzununa çəkilən çaxmaqlı sxem
əsasında hazırlanmış irikalibrli snayper
tüfəngi. Uzaq məsafədən hədəfi dəqiqliklə
vurma qabiliyyətinə malikdir. Bu silahın
əsas təyinatı düşmənin texniki və material
vasitələrinin orta və uzaq məsafədən
vurulmasıdır.
Tarixi
2008-ci ilin noyabr ayında Pakistanın
Karaçi şəhərində keçirilən "İDEAS-2008"
hərbi sərgisində nümayiş etdirilən
"İstiqlal" sərgiyə qatılan bəzi dövlətlərin, o
cümlədən Pakistan Silahlı Qüvvələrinin
nümayəndələrinin marağına səbəb olub.
[1]
"İstiqlal" snayper tüfəngi Azərbaycan
Müdafiə Sənayesi Nazirliyinin (MSN)
İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə
Sərgisində (İDEF) nümayiş etdirilib.
Məlumatlara görə, Azərbaycanın stendində
diqqəti daha çox İST-14,5 Anti-Material
Rifle (İstiqlal) adlı snayper tüfəngi çəkib.[2]
Türkiyənin bu snayper tüfənginə marağı
böyükdür. Türkiyə Milli Müdafiə
Nazirliyinin növbəti illərdən «İstiqlal»ın
Türkiyə Silahlı Qüvvələrinin inventarına
daxil ediləcəyini planlaşdırıb[3]
Hazırda "İstiqlal" snayper tüfənginin yeni
versiyası hazırlanır [4]
Taktiki-texniki xüsusiyyətləri
Yerli mütəxəssislər tərəfindən hazırlanan
"İstiqlal" snayperi MDB və NATO
ölkələrində istehsal olunan analoqlarını öz
göstəricilərinə görə geridə qoyur.
Çəkisi 20 kiloqram olan bu snayper tüfəng
çox ağır olmasına baxmayaraq, dəzgah
üzərində tətbiq olunur.
Bu silahın optik nişangahı özəlliyi ilə
analoqlarından fərqlənir. Hədəfi məhv
etmə məsafəsi 3 min metr olan "İstiqlal"
-50 və + 50 dərəcə temperaturlarda belə
rahat istifadə oluna bilir. Darağın tutumu
5 patron. 2 min metr məsafədə dəqiq
vuruş və beton hasarı dəlib keçmə
qabiliyyətinə malikdir. Həmçinin zireh
deşən və yandıran patronları da bu tüfəng
üçün nəzərdə tutulmuşdur. Kalibri 14.5
mm dir. Yağmur, palçıq, qar və toz təsirinə
davamlı snayper tüfəngini iki hissəyə
ayırmaqla çantada daşımaq mümkündür.
İstifadə olunan yerlər
Bu silah Azərbaycanın cəbhə bölgələrində
istifadə olunur. Azərbaycan ordusunun
snayperləri atəşkəs rejimini pozan erməni
əsgərlərini cavab atəşi ilə susduracaq.
Azərbaycan Silahlı Qüvvələrinin snayperləri
çox dəqiq işləyir və düşməni saatlarla
müşahidə edib vurmaq qabiliyyətinə
malikdir. [5]
İstifadə edən ölkələr
Azərbaycan
Türkiyə
Pakistan
İordaniya
Şəkillər

[cavab]

pol Halk-- 13 Noy 2014 / 23:31
Helokopteri de bunan vurublar

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.121 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az