İmam Huseynin ə.s Omer Seedle ibretli sohbeti

pol NARDARANLI 10 Noy 2014 / 22:22
Xətib Xarəzmi yazır: Hüseyn ibn Əli (ə) öz
dostlarından olan Əmr ibn Qərəzə Ənsari ilə Ömər
ibn Sədə xəbər göndərdi ki, İmam (ə) onunla
görüşüb söhbət etmək istəyir.
Ömər Səd bu təklifi qəbul etdi. İmam Hüseyn (ə)
gecə yarısı öz dostlarından iyirmi nəfərlə birlikdə
iki qoşunun arasında qurulmuş çadıra tərəf hərəkət
etdi və göstəriş verdi ki, qardaşı Əbülfəzl və oğlu
Əli
Əkbərdən başqa heç kim çadıra girməsin. Ömər
Səd
də iyirmi nəfərdən ibarət köməkçilərinə belə bir
göstəriş verdi və yalnız oğlu Həfs ilə xüsusi nökəri
onunla birgə çadıra daxil oldular. İmam Hüseyn (ə)
bu məclisdə Ömər Sədə xitabən belə buyurdu:
“Ey
Sədin oğlu! Məni tanıdığın və mənim atamın kim
olduğunu bildiyin halda, mənimlə müharibə etmək
istəyirsən? Hüzuruna qayıdacağın Allahdan
qorxmursan? Mənim tərəfimdə olmaq və
bunlardan
(Bəni-Üməyyə) əl çəkmək istəmirsən?”
Ömər Səd dedi: “Qorxuram ki, belə olan halda,
mənim Kufədəki evimi viran etsinlər.”
İmam Hüseyn (ə) buyurdu: “Mən öz hesabıma
sənin üçün bir ev alaram.”
Ömər Səd dedi: “Qorxuram xurma bağımı
müsadirə
etsinlər.”
İmam Hüseyn (ə) buyurdu: “Mən sənə Hicazda
Kufədəki bu bağlardan da yaxşı bağ verərəm.”
Ömər Səd dedi: “Arvad-uşağım Kufədədir,
qorxuram ki, onları öldürələr.”
İmam onun bəhanələrini gördükdə, bu cümlələri
deyə-deyə yerindən qalxdı: “Niyə şeytanın itaətinə
bu qədər israrlısan?... Ümid edirəm ki, İraq
buğdasından qismətin çox az olacaq! Nə sənə
uzun ömür nəsib olacaq, nə də bir vəzifəyə
çatacaqsan.” (“İmam Hüseynin (ə) Mədinədən
Kərbəlayadək buyurduqları, Məhəmmədsadiq
Nəcmi, səh. 130-131.)
Həqiqətən də Aşura hadisəsindən sonra Ömər ibn
Sədə söz verilmiş Rey valiliyi ona verilmədi və
Kərbəla faciəsindən bir neçə il sonra başlamış
Muxtarın qiyamı zamanı özü və Həfs adlı oğlu
atasının cinayətlərində şərik olduğu üçün qətlə
yetirildi. Tarixdə yazırlar ki, Muxtarın əsgərləri
Ömər ibn Sədi yatağında tapıblar. O, qaçmağa
cəhd göstərsə də, yorğanı ayağına ilişib yıxılıb.
Ömərin başını yataqda kəsib Muxtar üçün
gətiriblər.

[cavab]

pol @inna@ 10 Noy 2014 / 22:34
Maraqlı mövzuya göre tşk

[cavab]

pol GARABAG_T_E 10 Noy 2014 / 22:57
Allah razi olsun twk

[cavab]

pol _FoReVeR_aLoNe_ 10 Noy 2014 / 23:32
ALLAH razi olsun

[cavab]

pol KaTa 10 Noy 2014 / 23:36
Twk-ler

[cavab]

pol _PESFE_ 11 Noy 2014 / 00:57
alah senen razi olsun ataw

[cavab]

pol CAVKA 11 Noy 2014 / 01:12
Allah razi olsun imaniniz kamil olsun

[cavab]

pol NARDARANLI 11 Noy 2014 / 01:37
Allah haminizdan razi olsun

[cavab]

pol [_KRAL_] 11 Noy 2014 / 02:04
NARDARANLI, Canım dostum qardawım,gozel movzu ucun cox twk,yazan elerin derd gormesin. ALLAH senden razı olsun. Gozel İnsan. Hörmetle Lale

[cavab]

pol NARDARANLI 11 Noy 2014 / 11:42
[_KRAL_], Gozel dostum Allah sennende razi olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2402 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az