Bayraq gununuz mubarek...

pol ErRoR_MaRSHaLL 9 Noy 2014 / 09:16
Azərbaycan Respublikasının Dövlət
bayrağı Azərbaycan dövlətinin
suverenliyi rəmzidir.
Bu gün Azərbaycan Respublikası
üzərində dalğalanan müqəddəs
Dövlət Bayrağımız- milli
bayrağımız ilk dəfə 1918-ci il
noyabrın 9-da Bakıda, Azərbaycan
Xalq Cümhuriyyəti Nazirlər
Şurasının yerləşdiyi binada qəbul
edilmiş və qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət
bayrağındakı üç rəngin ifadə etdiyi
və XX əsrin əvvəllərindəki milli
istiqlal ideologiyamızın üç təməl
prinsipini təşkil edən “Türkçülük,
islamçılıq və müasirlik”
düsturunun müəllifi görkəmli
Azərbaycan mütəfəkkiri Əli Bəy
Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət
bayrağından istifadə müstəqil
Azərbaycan Respublikası
Konstitusiyasının 23-cü və 75-ci
maddələri, “Azərbaycan
Respublikasnın Dövlət bayrağı
haqqında” Azərbaycan
Respublikasının Qanunu, eləcə də,
həmin Qanunla təsdiq edilmiş
“Azərbaycan Respublikasının
Dövlət bayrağı haqqında
Əsasnamə” əsasında tənzimlənir.
Azərbaycan Respublikasının Dövlət
bayrağının rəngli və sxematik
təsviri adı çəkilən Qanun və
Əsasnamə ilə təsdiq edilmişdir.
Əsasnaməyə görə Azərbaycan
Respublikasının Dövlət bayrağı eni
və uzunluğu bərabər olan rəngli üç
üfüqi zolaqdan ibarət düzbucaqlı
parça şəklindədir: üst zolaq mavi
rəngdə, orta zolaq qırmızı rəngdə,
aşağı zolaq yaşıl rəngdədir.
Bayrağın hər iki üzündə qırmızı
zolağın ortasında ağ rəngli aypara
və səkkizguşəli ulduz təsviri vardır.
Bayrağın eninin uzununa nisbəti
1:2-dir. Ayparanın və səkkizguşəli
ulduzun təsvirləri tərəflərinin
nisbəti 3:4 olan düzbucaqlının
içərisində yerləşir; düzbucaqlının
diaqonalı bayrağın eninin 1/2-nə
bərabərdir. Ayparanın təsviri
konsentrik (eyni mərkəzli) olmayan
iki dairənin hissələri şəklindədir;
böyük dairənin diametri xarici
düzbucaqlının eninə, kiçik dairənin
diametri isə bayrağın eninin 1/4-
nə bərabərdir. Kiçik dairənin
mərkəzi bayrağın həndəsi
mərkəzindən sol tərəfdə, bayrağın
eninin 1/60-nə bərabər olan
məsafədə yerləşir. Səkkizguşəli
ulduzun təsviri ayparadan sağda
yerləşir, ulduzun xarici dairəsinin
diametri bayrağın eninin 1/6-ni,
daxili dairəsinin diametri isə 1/12-
ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət
bayrağı və onun təsviri,
ölçülərindən asılı olmayaraq
təsvirlərə həmişə dəqiq uyğun
gəlməlidir.
Prezident İlham Əliyev
Azərbaycanda Dövlət Bayrağı
Gününün elan edilməsi barədə
sərəncam imzalayıb. Sərəncama
əsasən, hər il 9 noyabr
Azərbaycanda Dövlət Bayrağı Günü
kimi qeyd ediləcək.
2009-cu ilin noyabr ayında Dövlət
Bayrağı Günü ilə bağlı Əmək
Məcəlləsinin 105-ci maddəsinə
əlavə edilmiş əlavəyə əsasən, 9
noyabr Azərbaycanda Dövlət
Bayrağı Günü elan olunur və bu
bayram ölkədə qeyri-iş günü olan
bayramların siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev
tərəfindən Dövlət Bayrağı
Meydanının - Bakı şəhərinin Bayıl
sahəsində yerləşən memorial
abidə-istirahət parkının təntənəli
açılışı olmuşdur.
162 metr yüksəklikdə dalğalanan
Azərbaycan bayrağı dünyanın ən
yüksək bayrağıdır. İnşa olunmuş
dayağın hündürlüyü 162 m,
bünövrəsinin diametri 3,2 m,
bünövrənin üst hissəsinin diametri
1,09 m-dir. Qurğunun ümumi
kütləsi 220 tondur. Bayrağın eni 35
m, uzunluğu 70 m, ümumi sahəsi
2450 m², kütləsi isə təqribən 350
kq-dır. Ginnes Dünya Rekordları
Təşkilatı 2010-cu il mayın 29-da
Azərbaycan Dövlət Bayrağı
Dirəyinin dünyada ən hündür
bayraq dirəyi olduğunu təsdiq
edib.
Meydanda qurulmuş Azərbaycan
Respublikasının gerbi, dövlət
himninin mətni və ölkəmizin
xəritəsi qızıl suyuna salınmış
bürüncdən hazırlanıb. Meydanda
Dövlət Bayrağı Muzeyi də yaradılıb.

[cavab]

pol @inna@ 9 Noy 2014 / 09:19
Mövzuya göre tşk

[cavab]

pol 12kkk 9 Noy 2014 / 09:24
Mövzuya görə təşəkkür 100%

[cavab]

pol *_KORDON_* 9 Noy 2014 / 09:33
Mövzuya görə təşəkkür

[cavab]

pol *_SAKIT_OGLAN_* 9 Noy 2014 / 11:22
tewekur

[cavab]

pol ErRoR_DanGeR 9 Noy 2014 / 12:56
tewekkur

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1497 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az