Imam Hüseyn(e.s)

pol Gizir 4 Noy 2014 / 22:44
İmam Hüseyn (əleyhis-salam)-ın Kufəlilərə xitabı
İmam Hüseyn (əleyhis-salam) bir daha öz atına
mindi, Kufə ordusuna doğru hərəkət edib onlara
dedi ki, bir neçə anlığa sakit olsunlar. Kufəlilər
səs-küy, qarma-qarışıqlıq salaraq o həzrətin
danışmasına imkan vermədilər. İş o yerə çatdı ki,
İmam (əleyhis-salam) onlara qarşı qəzəblənib dedi:
–Vay olsun sizə! Sizə nə olub ki, mənim sözlərimə
qulaq asmaq istəmirsiniz? Mən sizi aydın hidayət
yoluna çağırıram, hər kis mənə itaət etsə, yolu
tapar, hər kəs mənə qarşı üsyankarlıq etsə,
fəlakətə düçar olacaq. Və siz, ey camaat! Hamınız
üsyankarsınız, haqq sözü eşitməkdən acığınız gəlir.
Ürəkləriniz haramla dolmuş, qəlbləriniz
möhürlənmişdir. Vay olsun sizə, niyə sakit
olmursunsuz? Niyə sözlərimə qulaq asmırsınız?

[cavab]

pol Gizir 4 Noy 2014 / 22:45
Alçaqsifət kufəlilər azacıq özlərinə gəldilər, bir-
birini danlayıb sakit oldular, İmam (əleyhis-salam)
-ın sözlərinə qulaq asmağa başladılar. İmam
(əleyhis-salam) əvvəlcə Allaha həmd-səna etdi,
sonra Həzrət Peyğəmbərə, mələklərə və sair
peyğəmbərlərə salam göndərdi, sonra buyurdu:
–Həlak olasınız, ey camaat! Bu kişilikdəndirmi ki,
bizi özünüzə tərəf çağırıb bizdən kömək istədiniz,
biz də sizin də”vəti qəbul edib özümüzü təcili
olaraq sizə çatdırdıq, indi bizim üzümüzə qılınc
çəkib od yandırmısınız? Halbuki, bu odu biz
özümüzün və sizin düşmənlərinizə qarşı
hazırlamışdıq. Bu gün siz öz dostlarınıza qarşı kinə
bəsləyir, düşmənlərinizlə əlbir olmusunuz. Halbuki,
onlar sizin aranızda ədaləti bərqərar etməmiş,
dünya malından tamah gözü dikdiyiniz dəyərsiz
həyatdan başqa bir şeyə ümid bağlamamısınız.
Halbuki, bizim üçün nə bir hadisi baş vermiş, nə də
zəifliyə, süstlüyə düçar olmuşuq. Vay olsun sizə ki,
bizə kömək etməkdən əl çəkdiniz, bizə kömək etməyi
xoşlamadınız, halbuki qılınclar qınında, qəlblər
aram, düşüncələr möhkəm və qüvvətli idi. Amma siz
fitnə odunu şö”lələndirib, çəyirtkələrin,
kəpənəklərin o yana bu yana uçması kimi ona doğru
tələsdiniz. Allahın rəhmətindən uzaq olasınız, ey
ümmətin düşmənləri, ey cəmiyyəti tərk edənlər, ey
Quranı özlərindən uzaqlaşdıranlar, ey şeytanın
vəsvəsələrinə uyanlar, ey günahkarlar, ey Quranı
təhrif edənlər, ey Peyğəmbər sünnəsinin nurunu
söndürənlər, ey Peyğəmbərin övladlarının qatilləri,
ey ilahi xilafət ailəsini məhv edənlər, ey
zinakarların dəstəsinə qoşulanlar, ey möminlərə
əziyyət verənlər, ey Quranı parça-parça edən
zalım hökmdarlara kömək edənlər, necə də pis bir
qədəm götürmüsünüz, necə də şiddətli əzab sizin
intizarınızdadır!

[cavab]

pol Gizir 4 Noy 2014 / 22:46
Doğrudan da zalımlarla əlbir
olmaqdan, bizə kömək etməkdən əl çəkməyinizdən
həya etmirsiniz? Bəli, Allaha and olsun ki, sizdə
hiyləgərlik qədimdən vardır. Vücudunuzun kökləri
hiylə ilə qarışmış, onun çirkin paltarı sizin
əməllərinizin, rəftarlarınızın əndamına
geydirilmişdir, qəlbləriniz onunla üns bağlamış,
sinələriniz onunla dolmuşdur. Bəli, siz tamaşaçılar
üçün ən pis meyvə, qəsbkar üçün ən dəyərsiz bir
tikəsiniz. Allahın lənəti ilahi əhdi bağladıqdan
sonra pozanlara, ayaq altına salanlara olsun. Siz
özünüz Allahı öz işinizə ixtiyar sahibi seçdiniz, əhd
bağladınız, amma onu pozdunuz. Siz elə əhd-
peymanı pozanlarsınız. Ey camaat, agah olun ki,
zinakar oğlu zinakar (Yezid) məni iki işin arasında
qaymuşdur: ya qılınclarla doğranmaq, ya da
xarlığı, zillətti qəbul etmək. Zillət bizdən uzaqdır.
Allah, Onun Peyğəmbəri və möminlər bizi zilləti
qəbul etməkdən çəkindirmişlər. Çünki bizim nəslimiz
pak-pakizə, qəlblərimiz mənəvi inkişafdadır və heç
vaxt alçaq, yaramaz və murdar adamlara tabe
olmağı mərd-mərdanə şəhid olmaqdan üstün
saymırıq. İlahi, mən höccəti tamam etdim, bunları
pis aqibətdən çəkindirdim və indi öz azsaylı
dostlarımla bu saysız düşmən qarşısında dayanıb
vuruşacağam.

[cavab]

pol Gizir 4 Noy 2014 / 22:46
Bu vaxt İmam (əleyhis-salam) Fərvət ibni Müsəyk
Muradinin şerindən bir neçə beyt oxudu: "Əgər
qələbə qazansaq, elə qədimdən belə olmuşdur və
əgər məğlub olsaq, yenə də qələbə bizimkidir.
Qorxu, zəlillik və alçaqlıq bizim adətimiz deyildir,
lakin alnımızda yazılıb ki, şəhadətə çataq və
başqaları bizdən sonra hökumətə çatsınlar. Əcəl
mənim tayfamın böyüklərini qətlə yetirdi, necə ki,
qədimkilərlə də belə etmişdi. Bəli, əgər padşahlar
əbədi olaraq dünyada qalsaydılar, biz də ölümdən
xilas olardıq; və əgər böyük insanlar əbədi
olsaydılar, biz də əbədi olaraq dünyada qalardıq.
Belə isə sarsaq danışanlara de: "Ayıq olun ki, siz
də bizim ona tərəf tələsdiyimizlə görüşəcəksiniz.”

Sonra İmam (əleyhis-salam) belə buyurdu: "Allaha
and olsun, siz (məni öldürəndən sonra) çox
yaşamayacaqsınız, bir piyadanın ata minməsi
müddətindən çox öz arzunuza çatmayacaqsınız və
bunun ardınca zəmanənin çarxı tərsinə fırlanacaq,
dəyirman daşının oxu kimi nigarançılıq da,
iztirabda qalacaqsınız. Belə isə öz fikirlərinizi bir
yerə yığıb bir-birinizlə məşvərət edin ki, bu iş sizə
gizli qalmasın. Sonra isə məni öldürün və bir an da
olsa, möhlət verməyin. Mən öz Allahıma, sizin
Allahınıza ümid bağlamışam və bilirəm ki, hər şey
Onun qüdrəti dairəsindədir. Mehriban Allahın istəyi
düzgün, ədalətli yolda möhkəm qərar tutmuşdur.
İmam (əleyhis-salam)-ın sözləri sona çatdı, Kufə
qoşunu Rəsulullahın nəvəsinin son kəlamlarını –daş
qəlbləri əridib suya döndərən sözləri eşitdilər,
amma bu sözlər kufəlilərin qəsavət bağlamış
qəlblərində əsla təsir buraxmadı.
red. Gizir (04.11 /22:47)

[cavab]

pol Gizir 4 Noy 2014 / 23:00
Aşura günü sübh döyüş hazırlığı
İmam Hüseyn (əleyhis-salam) 72 nəfərdən ibarət
olan kiçik qoşunu xeymələrin qarşısına gətirdi. Bu
qoşun 32 süvaridən, 40 nəfər piyadadan təşkil
olunmuşdu. Qoşunda 70 yaşlı Müslüm ibni Ovsəcədən
tutmuş, 14 yaşlı Qasim ibnil-Həsənə kimi müxtəlif
yaşlılar var idi. Çadırların arxasındakı odun, qamış
komalarına od vurmaqla düşməndən qorunurdu. Sağ
cinahın sərkərdəliyi Zühey ibni Qinə, sol cinahınkı
isə Həbib ibni Məzahirə, süvarlərin bayrağı Həzrət
Abbasa tapşırılmışdı.
Aşura günündə imam (əleyhis-salam)-ın xitabı
Özünü həlledici bir döyüşə hazırlayan İmam Hüseyn
(əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi
və səlləm)-in əbasını geydi, müşk ilə ətirləndi, ata
minib əlində tutdu, yuxarı qaldırdığı Quranla
birlikdə atını düşmənə tərəf çapdı. Allahın
dərgahından pənah diləyən halda düşmənə xitab
edərək dedi:–Ey Pərvərdigar, Sən hər bir çətinlikdə
mənim arxam, ümidimsən. İlahi, Sən qəlblərin zəif,
əməllərin süst olduğu, insanın dostları da onu tək
qoyduğu, düşmənlər bədxahlıq üzündən bu (kimi)
giriftarçılıqlarda şadlıq, şənlik etdiyi hər bir
narahatçılıqda, pərişanlıqda yeganə arxasan. Ey
Pərvərdigar, mən özümü Sənə tapşırıram,
düşmənlərimdən təkcə Sənə şikayət edirəm. Təkcə
arzum Sənə tərəf (gəlmək)dir. Səndən başqa kim
məni qəm-qüssədən qurtara bilər? Yalnız Sən hər
rəhmətin keşikçisi, hər fəzilətin sərvəri, hər bir
arzu edənin son sığınacağısan.
İmam (əleyhis-salam) qılıncının qəbzəsinə dayanmış
halda, uca səslə kufəlilərə belə xitab etdi: –Ey
Kufə camaatı, sizi and verirəm Allaha, deyin görüm
məni tanıyırsınızmı?
Dedilər: –Bəli, sən Rəsulullahın nəvəsisən.
İmam (əleyhis-salam) buyurdu: –Sizi and verirəm
Allaha, deyin görüm cəddimin Allahın Peyğəmbəri
olmasına inanırsınızmı?
Dedilər: –Allahı bu işdə şahid tuturuq.
Həzrət buyurdu: –Bilirsinizmi ki, mənim anam
Fatimə, Peyğəmbərin qızıdır?
Dedilər: –Bəli, belədir.
Həzrət buyurdu: –İnanırsınızmı ki, mənim cəddəm
(nənəm) Xədicə bu ümmət qadınları içərisində ilk
müsəlmandır?
Dedilər: –Bəli.
Həzrət buyurdu: –Bilirsinizmi ki, əlimdəki bu qılınc
Rəsulullahın qılıncıdır?
Dedilər: –Bəli.
Həzrət buyurdu: –Bilirsinizmi ki başımdakı əmmamə
Rəsulullahın əmmaməsidir?
Dedilər: –Bəli.
Həzrət buyurdu: –Bilirsinizmi ki, atam Əli islamı
qəbul edən ilk şəxsdir və onun elmi, biliyi hamıdan
artıq, səbri hamıdan çoxdur və o, hər bir imanlı
şəxsin mövlası (rəhbəri) sayılır?
Dedilər: –Bunların hamısını qəbul edirik.
Həzrət buyurdu: –Belədirsə, bəs nə üçün mənim
qanımı tökməyi halal hesab edirsiniz?
Dedilər: –Bütün bu sözləri qəbul edirik, amma səni
öldürməyincə, əl çəkən deyilik.
İmam Hüseyn (əleyhis-salam) bu sözləri buyuranda
qızları və bacıları eşidib ağlayırdılar. Onların naləsi
İmam (əleyhis-salam)-ın qulağına çatdı, Həzrəti
Abbası, Əli Əkəri çağırıb dedi: –Onları
sakitləşdirin, canıma and olsun, bundan sonra çox
ağlayacaqlar!
red. Gizir (04.11 /23:01)

[cavab]

pol xBaTTLe 4 Noy 2014 / 23:11
dayan hele yarisindayam oxuyuram

[cavab]

pol xBaTTLe 4 Noy 2014 / 23:17
ardi yoxdu bunun?

[cavab]

pol Lara 4 Noy 2014 / 23:25
sagol allah razi olsun gozel movzu ucun

[cavab]

pol Gizir 4 Noy 2014 / 23:26
Rehime Xanim Ziyaret Gahinda Aşhura
Sekil_1
Sekil_2
Sekil_3
Sekil_4
red. Gizir (04.11 /23:32)

[cavab]

pol Gizir 4 Noy 2014 / 23:38
xBaTTLe, Mənbə: "Mərsiyyələr, şeirlər, xütbələr" kitabı...

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1358 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az