Imam Hüseyn(e.s)
Gizir
4 Noy 2014 / 23:39
Lara, Allah Sizden Razi Olsun..
[cavab]
Gizir
5 Noy 2014 / 00:28
İmam Hüseynin (ə)
Quranla ünsiyyəti
İmam Hüseyn (ə)
Quranın aşiqi və
məftunu idi. Əksər
vaxtlarda, xüsusilə
gecəyarısı xəlvətə
çəkilərək Allaha ibadət
etdiyi zaman Quran
tilavət edərdi. Hicrətin altmış birinci ili Məhərrəm
ayının doqquzu düşmənin hücum xəbəri gəlir və
İmam (ə) qardaşı Abbasa buyurur: "Gedib
düşməndən bizə bu gecə möhlət vermələrini istə
ki, namaz, dua, istiğfar və Quran tilavət edim".
İmam Hüseyn (ə) o qədər Quranla ünsiyyətdə
olurdu ki, hətta onun kəsilmiş başı da bir neçə
yerdə Quran ayəsi tilavət etmişdir. Ubeydullahın
Kufə şəhərini bəzəmək əmri verməsi ilə camaat
küçə-bazarda dayanaraq tamaşaya çıxmışdı.
Qəflətən Kərbəla şəhidlərinin kəsilmiş başlarının
Quran tilavəti səsi eşidildi. Bu hadisədən
heyrətlənən camaatın gözləri yaşla doldu.
Zeyd ibn Ərqəm nəql edir ki, "İmam Hüseynin (ə)
pak başını Kufə küçələrində gəzdirən zaman mənə
çatanda bu ayəni tilavət etdiyini eşitdim:
"Şübhəsiz, Biz (bir gün) onun üzərində olanları
(məhv edəcək və yeri) otsuz-susuz bir çölə
çevirəcəyik" ("Kəhf" surəsi, ayə 8).
Bu kəlmələrin heybəti və kəsilmiş başın möcüzəsi
məni dəhşətləndirdi. Dedim: "Vallah! Sənin Quran
oxuyan kəsilmiş başın Əshabi-kəhfin hadisəsindən
daha heyrətamizdir".
Lənətlənmiş Yezidin məclisində də İmamın (ə)
müqəddəs başını təhqir edən zaman, baş, Quran
qiraətinə başlayaraq aşağıdakı ayələri tilavət
etdi.
"(Cəza günü) Zalımları kəsb etdiklərindən qorxan
görəcəksən, halbuki özlərinin qazandıqlarının
təzahürü eyni ilə onların başlarına gələcəkdir (və
ondan qaça bilməyəcəklər). İman gətirərək yaxşı
işlər görmüş kəslər isə Cənnətin təravətli
bağlarında olacaqlar. Rəbblərinin dərgahında
onlar üçün istədikləri şey hazırdır. Bu, həmin
böyük lütfdür" ("Şura" surəsi, ayə 22).
Bu ayənin tilavəti həmin məclisdəki Yezid
tərəfdarlarını rüsvay etdi və bir çoxlarının bu
hadisədən təsirlənib müsəlman olmalarına səbəb
oldu.
red. Gizir (05.11 /00:29)
[cavab]
Mr_PsiXxX
5 Noy 2014 / 02:48
Allah senden razi olsun
[cavab]
Tamferqli
5 Noy 2014 / 11:51
ALLAH SENDEN RAZI OLSUN MOVZUYA GORE
[cavab]
Gizir
5 Noy 2014 / 13:44
Allah sizden razi olsun ...
[cavab]
(=DozZa=)
5 Noy 2014 / 15:07
ALLAH RAZI OLSUN
[cavab]
Gizir
7 Noy 2014 / 16:36
(=DozZa=), Xosdu...
[cavab]
Bölmeye qayıt
0.12 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az