etdendir axi

pol qoca 2 Noy 2014 / 17:43
Mənim də ürəyim ətdəndir axı...!

Əlini yaxamdan çəkəsən bəlkə...?!
Mənim də ürəyim ətdəndir axı...!
Daşı ətəyindən tökəsən bəlkə...?!
Mənim də ürəyim ətdəndir axı...!

Layiq olmadığım söz atma mənə,
Yalanla boyanmış "düz"atma mənə,
Daha əllərini uzatma mənə,
Mənim də ürəyim ətdəndir axı...!

Kimsədən nə artıq,nə kəm deyiləm,
Mən palıd deyiləm,cökəm deyiləm,
Sandığın qədər də möhkəm deyiləm,
Mənim də ürəyim ətdəndir axı...!

Titrəyə bilərəm,əsə bilərəm,
Salamı,kəlamı kəsə bilərəm,
Inciyə bilərəm,küsə bilərəm,
Mənim də ürəyim ətdəndir axı...!

Zamansız saralıb solsan, dözərsən?
Bulud tək boşalıb dolsan, dözərsən?
Sən mənim yerimə olsan, dözərsən?
Mənim də ürəyim ətdəndir axı...!

[cavab]

pol HuRReM_SuLTaN 5 Noy 2014 / 23:54
super

[cavab]

pol KaTa 5 Noy 2014 / 23:55
Twk super

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1668 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az