Diogenin maceralari

pol NARDARANLI 1 Noy 2014 / 20:54
Olimpiyadan qayıdan Diogen, orada adam çox
idimi, sualına belə cavab verir: “Adam çox idi,
amma
insan elə də çox deyildi”.
— Diogen bir çirkli hamam haqqında soruşur:
“Burada çimdikdən sonra harada yuyunurlar?”
— “Hansı yaşda evlənmək məsləhətdir” sualına
Diogen belə cavab verib: “Gəncsənsə hələ tezdir,
qocasansa artıq gecdir”.
— Diogen səhər yeməyini nə vaxt yemək lazım
olduğunu soruşan adama belə deyib: “Əgər
zənginsənsə, nə vaxt istəsən, yox əgər kasıbsansa
nə vaxt bacarsan”.
— Qeybət edən qadınları görən Diogen deyib: “Bir
gürzə digərinə borca zəhər verir”.
— Diogen təntənəli yürüşü seyr edən gözəl
qızlardan gözünü çəkə bilməyərək arxaya
boylanan cəng arabasındakı olimpiyaçı Dioksipə
deyir: “Baxın görün gənc qız dəliqanlının boynunu
necə burdu”.
— Makedoniyalı İsgəndər Kraniyada gündə qaralan
Dionisin başının üstündə dayanaraq deyir:
“Məndən
ürəyindən keçəni istəyə bilərsən”.
Diogen cavab verir: “Günəşin qarşısını kəsmə”.
— Diogen günün günorta çağı əlində lampa “Adam
axtarıram” deyərək küçələri gəzirmiş.
— Diogen heykəldən sədəqə istəyir. Ondan niyə
belə etdiyini soruşanda
isə cavab verir: “Özümü imtinaya öyrəşdirmək
istəyirəm”.
— Haralı olması sualına Diogen belə cavab verib:
“Mən dünya vətəndaşıyam!”.
— Seneka Diogen haqqında deyib:
“Bu elə bir insan idi ki, böyük İsgəndər ona nə bir
şey verə, nə də ala bilərdi”.

[cavab]

pol 12kkk 1 Noy 2014 / 21:11

[cavab]

pol sade*oglan 2 Noy 2014 / 01:32
Hmmmm

[cavab]

pol @@FB@@ 2 Noy 2014 / 08:25
di eladi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1317 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az