Sevgi və Zaman

pol 12kkk 29 Okt 2014 / 18:29
Bir vaXtlar, bütün duyğuların yaşadığı bir ada var idi.
Xoşbəxtlik, Kədər, Qürur, Sevgi və başqa bütün
duyğular. Bir gün, adanın batmaqda olduğu duyğulara
xəbər verilir. Bu xəbərdən sonra bütün duyğular adanı
tərk etmək üçün hazırlaşır. Sevgi adada ən sona qalan
duyğu olur, çünki mümkün olan ən son ana qədər
gözləmək istəyir. Ada batdığı zaman Sevgi kömək
istəməyə qərar verir. Zənginlik, çox böyük bir gəminin
içində Sevginin yanından keçir. Sevgi
— Zənginlik, məni də yanına alarsanmı? deyə soruşur.
Zənginlik
— Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və gümüş var,
sənin üçün yer yoxdur. deyir.
Sevgi, çox gözəl bir yelkənli gəminin içindəki Paxılı
görüb kömək istəyir.
— Paxıl, nə olar mənə kömək et !
— Sənə kömək edə bilmərəm, Sevgi. İslaqsan və
yelkənləri məhv edə bilərsən. deyə cavab verir.
Kədər yaxınlıqdan keçir və Sevgi kömək istəyir.
— Kədər, səninlə gəlim ?
- Of, Sevgi o qədər kədərliyəm ki, tək qalmağa
ehtiyacım var. deyə Kədər dillənir.
Xoşbəxtlik də Sevginin yanından keçir. O qədər xoşbəxt
olur ki, Sevginin səsini eşitmir.
Sevgi birdən bir səs eşidir.
— Gəl Sevgi! Səni yanımda apararam. Sevgi o qədər
xoşbəxt olur ki, onu kömək edənin kimliyini öyrənməyi
unudur. Yeni bir adaya çatdıqlarında, Sevgi ona kömək
edənə nə qədər borclu olduğunu anlayır. Digər
duyğulardan soruşur.
— Mənə kömək edən kim idi?
— O, Zaman idi. deyə cavab alır.
- Zamanmı? Niyə mənə kömək etdi ki?” deyə Sevgi
soruşur. Aldığı cavabsa çox sadə olur.
- Çünki yalnız Zaman Sevginin nə qədər böyük olduğunu
anlaya bilər.

[cavab]

pol *LeGeNd* 29 Okt 2014 / 18:33
Bi kopyadi aznetde liboy adam bini oxyub.ve elbetde tarla.az-da ilk-di.

[cavab]

pol 12kkk 29 Okt 2014 / 18:34
*LeGeNd*, nə fərq var bilməyənlər bilir

[cavab]

pol *_11-MeZuN_* 29 Okt 2014 / 20:52
Super.

[cavab]

pol _D_e_C_e_L_K_a_ 29 Okt 2014 / 23:01
Men.bilmirdim superdi twk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1278 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az