Hər Şeyin Doğrusunu Allah Bilir

pol 12kkk 29 Okt 2014 / 18:19
Bir dəfə bir insan çayın kənarı ilə keçib gedirdi.O,çayın
dayaz yerində uşaqların çimdiyini görür.Uşaqlar çox şən
idi,bir-birinə su atıb,əylənirdilər.Bu zaman kənarda bir
uşağın oturub,digər uşaqlara həsrətlə baxdığın gördü.Niyə
digər uşaqlara qatılıb oynamadığının səbəbini soruşanda
uşağın şikəst olduğun,yeriyə bilmədiyin görür.Bu hadisə ona
çox pis təsir edir,gözləri yaşarır və evə gedib Allaha dua
etməyə başlayır:
-Allahım,yalvarıram,şəfa verən sənsən,sənin şəfaətin hər
kəsə çatar.bu gün gördüyüm o uşağa da şəfa ver,o da digər
uşaqlar kimi oynasın,qıraqda oturub,həsrətlə baxmasın.
Kişi səhərə kimi
duaların əskik
etmədi.Bir neçə
müddətdən sonra
onun yolu yenə
çayın kənarından
düşür.Çayda yenə
də uşaqların
olduğunu
görür.Lakin bu dəfə
onlar heç də şən
deyildilər,onlar
ağlayıb,kömək
istəyirdilər.Kişi tez
uşaqlara kömək
etməyə yaxınlaşır,bu
zaman gördükləri
onu heyrətə gətirir.
Bir zaman kənarda
oturan şikəst uşaq
artıq sağalmış və
şüşə qırıntılarını
uşaqların çimdiyi
çayın dibinə tökmüşdü.Uşaqlar həmişəki kimi çimməyə
gələrkən bu şüşələr əl-ayaqların kəsmişdi,xəstəlikdən
sağalan uşaq isə etdiyi əməllərdən zövq alaraq,kənardan
baxıb,gülürdü.

[cavab]

pol rafiq1 29 Okt 2014 / 18:23
di

[cavab]

pol Creative 29 Okt 2014 / 18:58
Tekrar

[cavab]

pol *_11-MeZuN_* 29 Okt 2014 / 20:47
Super

[cavab]

pol (=DozZa=) 29 Okt 2014 / 22:47
Dehsetdi super

[cavab]

pol *LoVe-KeNT8* 29 Okt 2014 / 23:57
demeli o usaga yaxsilig yaramir

[cavab]

pol Mr_PsiXxX 30 Okt 2014 / 01:40
Ama hemise bele olmur

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1126 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az