BU BIZIK. 2 HISSE

pol EMIN98 11 İyun 2012 / 18:21
Metro kartında 20 AZN gediş ola-ola, 1 AZN gediş yükləmək istəyərkən camaatı növbədə saxladan da — BİZİK.

Axşam bütün vaxtımızı internetə sərf edib dərs oxumayanda, səhər dərsə gedərkən metroda dərsi əzbərləyə-əzbərləyə gedəcəyimiz stansiyanı ötürən də — BİZİK.

“Adını Feriha Koydum” serialı nümayiş etdiriləndən bəri filmin aktyorlarının bütün tərcümeyi halını, səhər necə durduqlarını, axşam nə etdiklərini və bütün şəkillərini Azərbaycana tanıdan da — BİZİK.

Yolda Toy kortecinin yüksək sürətlə hərəkət etdiyini görüb, kartecə toy adamı kimi qoşulub DYP-dən keçməyi bacaran da — BİZİK.

“Kurtlar Vadisi” serialı ilk dəfə nümayiş etdiriləndən sonra “Polat Alemdar” kimi kostyum geyinib şəhərdə ciddi gəzən də — BİZİK.

Atasının yanında 5 yaşlı uşağa “balaca kişi, aton yaxşıdı, ya eşşəy?” sualını verən də — BİZİK.

Sevgilimizə “sənə görə Facebook-u bağlayıram” deyib, sonradan 2 dənə əlavə profil açan da — BİZİK.

Küçədə pişik görüb onun kimi “myyyaaaoo” səsin çıxardan da — BİZİK. (pişik də bizi başa düşür axı)

Toyda təbrik üçün söz veriləndə, tamadadan da çox şeir deyən də — BİZİK.

Hər dəfə bizi yada salan insanları yalnız işimiz düşəndə yada salan da — BİZİK.

Sıxlıq vaxtı qatara minəndə əsəbi halda “Ortaya keçin dəəə...orta boşdu” deyib, qatara minərkən qapının ağzında dayanan da — BİZİK

Gizlənqaç oynayarkən gizlənməyə yer tapmadıqda, özümüzü asfalta sürtüb avtomobilin altında gizlənən də — BİZİK

Sevdiyimiz filmi seyr edərkən ordakı varlı rolunu oynayan aktyorun əvəzinə o rolda özümüzü təsəvvür edən də — BİZİK

Universitetdə dərsdə sıxılarkən müəllimə “ay məlim, onsuz da hamı yorulub evə gedəcəyik, axırıncı dərsi keçməyin dəəə” deyib, universitetin həyətində gəzməyi və müəllimi evə göndərməyi bacaran da — BİZİK

Futbol oynayarkən ulduz futbolçuların fəndlərini bacarmasaq belə, ən azından qol vurarkən onların qol sevincini 100% dəqiqliklə göstərməyi bacaran da — BİZİK

Toyda televizorda özümüzə baxa-baxa oynayan da — BİZİK

Yas mərasimində mollaya qulaq asmayaraq şəhərdəki probkadan, siyasətdən, futboldan danışan da — BİZİK

Kimsə bizdən bilmədiyimiz bir şey soruşanda “Bilmirəm” sözünün əvəzinə “Yalan deyərəm” sözünü deyən də — BİZİK

Məhlədə yer olmadıqda maşını kiminsə qapısı önündə saxladıqda, həmən yer üstündə qonşularla sözləşən də — BİZİK

Kiminsə əynində bahalı geyim görəndə, ona paxıllıq edib, 2 həftə sup yeyib, hökmən həmən o bahalı geyimi alan da — BİZİK

[cavab]

pol Tosqa 11 İyun 2012 / 18:28
Tamamiyle düzdû. O pişik meselesini men elemişemeeee xetrime deydi ;))))))

[cavab]

pol EMIN98 11 İyun 2012 / 18:29
Tosqa,hec ne olmaz. arada mende eleyirem.

[cavab]

pol Tosqa 11 İyun 2012 / 18:29
EMIN98,Ele ele. Adama xoş gelireeee;))))

[cavab]

pol EMIN98 11 İyun 2012 / 18:31
Tosqa,amma piwik qayidib agir soz deyende pis olur.ee

[cavab]

pol Tosqa 11 İyun 2012 / 18:33
EMIN98,Qelet eliyer. O bilirki o seydi men onanda seyem demez axı.;))))

[cavab]

pol EMIN98 11 İyun 2012 / 18:34
kim bilir. niye werh yaz sozunun altindan. bolmeye qayit yazilib. axi men bolmeden qacmamiwam.

[cavab]

pol EMIN98 11 İyun 2012 / 18:35
Tosqa,piwiklerde qudurub ee. o gunu qayidib mene deyirki. ade yeke kiwisen meni niye parodiya edirsn.

[cavab]

pol manu 11 İyun 2012 / 18:49
twk..

[cavab]

pol Tosqa 11 İyun 2012 / 18:49
EMIN98,;)))) senin neyşin varki. Menim pişiyim tanıyir meni. Duxu çatmaz cvb qaytarmaga. ))

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2402 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az