Şeytanla şeytanın söhbəti

pol 12kkk 29 Okt 2014 / 15:10
Bir biri ilə dost olan 2 şeytan uzun müddətdən sonra
görüşürlər.Hər ikisi xeyli dəyişmişdi.Biri arıq əldən düşmüş
digərisi isə şişman,gözlərinin içi gülürdü.Kefi kök olan
şeytan o birisindən soruşur: -Dostum bu nə haldır?Zəifləyib
əldən düşmüsən.Əvvəllər heç belə deyildin.Nə dərdin var? O
birisi cavab verir: -Heç sorma.Bir dərdə düşmüşəm
ki,deyiləsi deyil.Bir adam var nə müddətdir ki, onun dalınca
düşmüşəm.Onu yoldan çıxarmaq,pis əməllərə alət eləmək
istəyirəm.Amma bu zamana qədər heç bir şeyə nail ola
bilməmişəm.Bunlar bir yana qalsın nə vaxtdır yeyib içə
bilmirəm.Bu adam bir yerə addım atdımı,"Bismillah"la
atar;bir işə başladımı"Bismillah"la başlar;süfrəyə əlini uzatdı
mı ;Bismillah"la uzadar..."Bismillah" olan yerdə mənə xeyir
düşməz.O "Bismillah"deyib əlini süfrəyə uzadınca
süfrədəkilər mənim boğazımdan keçməz.Mənim
əriməymin,üzülməyimin səbəbi budur.İNdi sən danış nə olub
ki,belə kökəlmisən? -Mən bir adamın dalınca
düşmüşəm,amma bu adam üçün heç əziyyət də
çəkmirəm.Çünki hərif nə halal bilir,nə haram.Haqq nədir
hüquq nədir bilmir.Zalım balası əlinə keçəni bir andaca həzm
edir.Yeməyi də haramdı gördüyü işləri də.Dilində bir dəfə də
olsun "Bismillah" sözü eşitməmişəm.Ona görə də kefim belə
kökdü

[cavab]

pol S_e_N_a_T_o_r 29 Okt 2014 / 15:25
Super

[cavab]

pol *_11-MeZuN_* 29 Okt 2014 / 15:36
S u p e r

[cavab]

pol Dj-XaCMaZ 29 Okt 2014 / 16:01

[cavab]

pol HT98 29 Okt 2014 / 17:17
-

[cavab]

pol @@FB@@ 29 Okt 2014 / 18:01
di

[cavab]

pol _D_e_C_e_L_K_a_ 29 Okt 2014 / 18:13
Super ya

[cavab]

pol Mr_PsiXxX 30 Okt 2014 / 10:43
halal ele copy eledim

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1448 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az