21 ESR ATALAR SOZLERI. EMIN98
EMIN98
11 İyun 2012 / 18:20
Arvadın sözünə qulaq as. Qulağında "nauşnik"lə.
Çörəyi ver çörəkçiyə, de ki, çəkisi azdı.
Müğənni ulduz görməsə ölməz.
İt hürər karvan keçər. Karvanın yuxarıda adamı var.
Bağda ərik var idi salam-əleyk var idi. Bağda ərik qurtardı, əncir yetişdi.
Soğan yeməmisənsə niyə it iyi verirsən?
Od olmayan yerdə kabab bişirmək olmaz.
Anasına bax qızını al, atasına bax maşınını.
Ətini yesəm də, kartofunu sənə saxlayacam.
Yaxşı dost ad günündə tanınar.
Tənbələ dedilər, qapını ört, tənbəl pultu basdı qapı örtüldü.
İlanı yuvasından çıxarırlar, yuva plana düşüb.
İlanın ağına da lənət, qarasına da. Mavisi ilə işin olmasın Avropa Şurasına şikayət edər.
Dünya bir plastik pəncərədi, almağa pulu çatmayan gələr, baxar gedər.
Anası gəzən ağacı balası Mersedesdə gəzər.
Sevgi seven merd olar, sevmeyen namerd olar. Seversen ayrılasan, bax bu yaman mırt olar.
Keçəl dərman tapsaydı, səhiyyə naziri həbs olunmazdı.
Xeyirsöyləməzə dedilər xeyir söylə, dedi: "Mənnən məzələnirsiniz?!"
Qara qızın problemi var.
Qız evi restoran danışır, oğlan evinin xəbəri yox.
Od olmayan yerdə kabab bişirmək olmaz.
İgid ölər bankda pulu qalar.
Stamatoloq verən atın dişinə baxmazlar.
Borclu borclunun mobil telefonunu əlindən alar.
İlanın ağına da lənət, qarasına da. Mavisi ilə işin olmasın Avropa Şurasına şikayət edər.
Dünya bir plastik pəncərədi, almağa pulu çatmayan gələr, baxar gedər.
Karın könlündəki, korun qulağındakı.
Bala "baunty"dən şirindi.
Hay-hayla gələn İbrahim Tatlısəslə gedər.
Qadın yıxan evi heç bələdiyyə də yıxmaz.
. İgid odur atdan düşə atlana, igid odur kreditə yox, nəğd ala.
Yalançının evi yandı, Nəsimi rayon Yanğınsöndürmə idarəsi inanmadı.
Gözələ baxarlar. Yanında oğlanı olmasa.
Salam aldın, çek tələb et.
Hər gözəlin bir eyi var. Mənim də.
Pişiyin əli ətə çatmayanda gedib nərdivan gətirər.
Qozbeli aerobika düzəldər.
Lələ köçüb Əhmədliyə, yurdu verib kirayəyə.
Uzaq qohumdansa yaxşı yerdə işləyən qonşu yaxşıdır.
Qızı özbaşına buraxsan ya sekuritiye geder, ya da sintizator çalana.
Bələdiyyədən çıxdıq, İcra hakimiyyətinə düşdük.
Su axar çuxurunu tapar-alt mərtəbədəki qonşunun evi batar.
Kosmetika sevən göyçək olar.
Topala dedilər ki niyə axsayırsan?Dedi mən axsamıram, asfaltı əyri vurublar.
Qızı mindirərsən maşına o da çıxar başına.
Aşıq eldən gələr, oğul Ursetdən.
Kimin əvvəli, serialın axırı.
Yetimə gəl-gəl deyən çox olar, kredit verən az olar.
Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq Vergilər Nazirliyi.
Tək əldən səs çıxmaz. Çıtma çalmasan.
Başın girməyən yerə CV vermə.
Çata gir tayını tap...
[cavab]
selim
11 İyun 2012 / 19:06
EMIN98,zordu...
[cavab]
hitler
11 İyun 2012 / 20:54
ne ekersen onu da cekersen.
[cavab]
Tosqa
11 İyun 2012 / 21:31
hitler,
[cavab]
yusif
12 İyun 2012 / 04:07
[cavab]
KEND
12 İyun 2012 / 07:59
hahahahahaha
red. KEND (12.06 /08:00)
[cavab]
ELEFTHERIA
12 İyun 2012 / 11:18
qewengdi. xexe
[cavab]
EMIN98
12 İyun 2012 / 17:12
sagolun. haminiz
[cavab]
Whiteboy
30 Avq 2012 / 03:48
Birinde men diyim agac eyildi sindi igid eyildi beli tutuldu
[cavab]
NeVRoTiC
30 Avq 2012 / 06:33
anasina bax qizini al atasina bax .......vede alma
[cavab]
Bölmeye qayıt