Gozel Hekayedi

pol NARDARANLI 15 Okt 2014 / 11:06
Kasıb bir oğlan padşahın
qızına aşiq olur. Ancaq
bu arzusunun əlçatmaz
olduğunu anladığı üçün
pərişan halda gəzib-
dolaşır. O, bir dəfə
ağsaqqal bir dərvişlə
rastlaşır və dərdini ona
açır. Dərviş də, öz
növbəsində, ona:
"Övladım, şəhərin
girişində otur, kim sənə
nə desə sən ona:
"Allah",- deyə cavab
ver",- məsləhətini verir.
Kasıb gənc dərvişin
məsləhətinə əməl edir.
Günlərlə, aylarla şəhərin
girişində oturur. Kimin
nə deməsindən, nə
soruşmasından asılı
olmayaraq, ancaq Allah
deyir. Bir müddət sonra
həmin oğlan bu
davranışına görə bütün
şəhərdə məşhurlaşır,
hamı ondan danışır.
Məsələ padşahın da
qulağına gedib çatır.
Bir gün padşah bu
məşhur gənci görmək
istəyir. Əvvəlcə,
dərvişdən həmin oğlan
haqqında məlumat
istəyir. Dərviş də ona
bildirir ki, bu gənc
dövrün ən mübarək,
Allaha bağlı
insanlarından biridir.
Bunu eşidən padşah
dərhal gəncin yanına
gəlir. Ondan: "Kimsən?
Problemin nədir? Nə
istəyirsən?"- soruşur.
Gəncin cavabı isə yalnız
bir olur: "Allah". Padşah
gəncin dilindən başqa
söz çıxmadığını görüb
geri qayıdır.
Səhərisi gün dərviş
gəncin yanına gəlir və
deyir ki, padşah öz
qızını ona verməyə razı
olanadək, o, padşahdan
başqa bir şey istəməsin.
Bir gün yenə padşah
oğlanın yanına gəlir və
deyir: "Səni öz qızımla
evləndirmək istəyirəm.
Fikrin nədir?" Gənc
oğlan isə bu təklifi rədd
edir və deyir: "Qızınızla
evlənmək istəmirəm.
Mən başqa bir niyyətlə
"Allah" dedim. Allah isə
padşahı mənim kimi
kasıb bir gəncin ayağına
gətirdi. Mən sırf Allah
rizası üçün "Allah"
desəydim, kim bilir nələr
olardı? Bundan sonra
mən Ondan başqasını
tanımıram, Ondan
başqasını istəmirəm"

[cavab]

pol Creative 15 Okt 2014 / 11:24
elaaa

[cavab]

pol Mr_PsiXxX 15 Okt 2014 / 12:43
-

[cavab]

pol xCoory 15 Okt 2014 / 13:16
ALLAH razi olsun

[cavab]

pol Lankaran 15 Okt 2014 / 16:30

[cavab]

pol Ms_Famous 15 Okt 2014 / 21:35
Maraqlı mövzuya göre tşk

[cavab]

pol zekow 15 Okt 2014 / 21:53
superrrr

[cavab]

pol odunka 16 Okt 2014 / 00:04
eladi brat

[cavab]

pol _Sadece_Men_ 16 Okt 2014 / 00:15
Maraqliydu

[cavab]

pol NARDARANLI 16 Okt 2014 / 00:47
Allah haminizdan razi olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1333 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az