Münafiq kimdir və onu necə tanımalı?

pol Creative 15 Okt 2014 / 09:59
Münafiq kimdir və onu necə tanımalı?
Cavab: Qurani-kərimdə insanların üç
qismə - mömin, münafiq və kafir
təbəqələrinə bölündüyünü bilirik. O
da məlumdur ki, Allaha həqiqi iman
gətirənlər mömin, Allahın varlığını
inkar edənlər isə, kafir adlanır. Bəs
münafiq kimdir? «Münafiq» sözü
riyakar, ikiüzlü mənalarını verir.
Quran ayələrində bu təbəqə
haqqında belə buyurulur: «Allah
münafiqlərin xalis yalançı olduqlarına
şəhadət verir», «Onlar dildə iman
gətirdilər, qəlblərində isə kafir
oldular».
Bütün dövr və cəmiyyətlərdə
münafiqlər olmuşdur. Onlar həmişə
insanlar arasında nifaq salmış, öz
gizli düşmənçilikləri ilə İslam dininə
kafirlərin vura bilməyəcəkləri
zərbələri vurmuşlar.
Bəs onları necə tanımalı? Ayə və
hədislərə əsaslanaraq, münafiqlərə
məxsus beş sifəti qeyd etmək olar:
1. Böyük iddialarda olar, çox danışıb,
az əməl edərlər
2. Bir mühitə düşdükdə o mühitin
rəngini alar, həmin cəmiyyətin
xoşladığı sözləri danışar, möminlərə
«biz iman gətirdik», müxaliflərə «biz
sizinləyik» deyərlər
3. Özlərini xalqdan ayırar, gizli məclis
və cəmiyyətlər təşkil edərlər
4. Hiyləgərlik edər, yalan danışar,
yağlı dilini işə salar, xəyanət edərlər;
5. Özünü elmli, xalqı cahil, özünü
ağıllı, xalqı isə, axmaq hesab edər.

[cavab]

pol Mr_PsiXxX 15 Okt 2014 / 12:45
indi heleleri coxdu.sagol movzuya gore

[cavab]

pol Ms_Famous 15 Okt 2014 / 16:17
Mövzuya göre teşekkür

[cavab]

pol xCoory 15 Okt 2014 / 19:26
ALLAH razi olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1197 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az