LAZIMLI MELUMAT...
Creative
14 Okt 2014 / 21:52
Allah öz bəndəsini daş ürəkli edərmi?
Cavab: Allah-təala Quranın bəzi
ayələrində kimlərinsə qəlbini daşa
döndərdiyini xəbər verir. Bir halda ki,
bu iş Allah tərəfindən baş verir, insan
nə üçün günahkar sayılmalıdır?
Diqqət etsək, görərik ki, ürəyin daşa
dönməsi Allah tərəfindən bir cəzadır.
Demək, insan Allahın qəzəbinə səbəb
olacaq günahlara yol verir və
daşürəkliliklə cəzanlandırılır. Məsələn,
«Tövbə» surəsinin 77-ci ayəsində
belə buyurulur: «Allaha verdikləri
vədə xilaf çıxdıqlarına görə, Allah da
onların ürəklərinə qovuşacaqları
qiyamət gününə qədər nifaq saldı».
«İbrahim» surəsinin 27-ci ayəsində
isə belə deyilir: «Allah iman
gətirənləri dünyada və axirətdə
möhkəm bir sözlə sabit qədəm edər.
Allah zalımları yolundan azdırar».
İnsanın öz əməlindən doğan bu pis
nəticə, onun iradə azadlığına
qətiyyən zidd deyildir. Məsələn, spirtli
içki içən insan anlamalıdır ki, ağlı
başından çıxacaq və üzünə cinayət
qapıları açılacaq. Məsələn, adam
öldürəcək. Bu şəxs sərxoş olduğunu
bəhanə gətirib, adam öldürmək
fikirində olmadığını iddia etsə də,
məsuliyyətdən qaça bilməz.
Allah-təalanın bir insanı doğru yola
yönəldib, o birini zəlalətə salmasının
əsil səbəbi, həmin insanların əvvəlki
xeyir və ya şər əməllərində
axtarılmalıdır.
[cavab]
xCoory
14 Okt 2014 / 22:02
Gozel Movzudu ALLAH Razi Olsun
red. xCoory (14.10 /22:02)
[cavab]
____SERAP____
15 Okt 2014 / 00:02
Creative, ALLAH imanivi artirsin . Gozel movzu ucun cooooooooooox tew!!!!!!!!!!!!!!!!!!!
[cavab]
Mr_PsiXxX
15 Okt 2014 / 01:53
ALLAH RAZI OLSUN
[cavab]
PoRsHe_911
15 Okt 2014 / 02:07
super
[cavab]
Lankaran
15 Okt 2014 / 16:36
elaaaa
[cavab]
Bölmeye qayıt
0.131 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az